Kənd təsərrüfatı ixtisasları üzrə ixtisas modulları – İxtisas üzrə baza təhsil ili
Modulun adı: Sürücülük vəsiqəsi (traktor və digər mexaniki nəqliyyat vasitələri üçün)
Modulun nömrəsi: 3.0.0.2.1.2.01
Dərs saatı (nəzərdə tutulan):
İxtisas üzrə nəzəri dərslər: 26 saat
İxtisas üzrə praktiki dərslər: 54 saat
Modul üzrə ümumi təlim nəticələri: Traktorlar və digər mexaniki nəqliyyat
vasitələrinin idarə olunmasında
yol hərəkəti qaydalarını
bilmək böyük əhəmiyyət kəsb edir. Bu modulda şagirdlərə yol hərəkəti qaydalarının əsas anlayışları,
hərəkət iştirakçılarının hüquq və
vəzifələri, yol nişanlarının tələblərinin mahiyyətinin dərk edilməsi, nizamlayıcı və işıqforun
siqnalları, yolayrıcının keçilməsi qaydaları
tədris edilir.
Şagird: Yol hərəkəti qaydalarının əsas anlayışlarını, hərəkət
iştirakçılarının və sürücünün vəzifələrini
bilir. O, hərəkətin nizamlanması
və yol nişanlarının tələblərinin mahiyyətini dərk edir, traktor və digər mexaniki nəqliyyat vasitələrinin
idarə olunmasında bu nişanların
tələblərinə əməl etməyi bacarır. Yol nəqliyyat hadisələrinin səbəb və nəticələrini anlayır, traktor və digər
mexaniki nəqliyyat vasitələrinin
idarə olunmasının təhlükəsizliyinin əsaslarını dərk edir və zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi
qaydalarını bilir. Traktor və digər
mexaniki nəqliyyat vasitələrini müxtəlif şəraitlərdə (az intensiv hərəkət olan yollarda, böyük intensivlik
olan yollarda, tarla yolları və
tarlada) praktiki olaraq sərbəst idarə etməyi bacarır.
Bu modul üzrə təlim nəticələrinə müvəffəqiyyətlə nail olan şagird traktor və digər mexaniki nəqliyyat
vasitələrinin idarə edilməsi üçün
sürücülük vəsiqəsi əldə etmək üçün imtahanda iştirak etmək hüququ (digər şərtlər də nəzərə alınmaqla, məs.,
18 yaş) əldə edir.
Modul üzrə qeydlər:
1.Bu modul üzrə tədrisin aparılması digər modullardan asılı deyil.
2.Traktor və özüyeriyən maşınların sürülməsi üçün hər şagirdə minimum 16 saat vaxt nəzərdə tutulur. Həmin
tapşırıqlar şagirdlərlə fərdi
aparılmalıdır.
3. Bu modul 3 iyul 1998-ci ildə qəbul edilən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa, “Yol
hərəkəti haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22
noyabr tarixli 24
nömrəli Fərmanına, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 30 may 2012-ci il tarixli 05/2012-1
nömrəli qərarı ilə təsdiq
edilmiş “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və
sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”a əsasən hazırlanmışdır.