4) İrəlidə hərəkət edən nəqliyyat vasitəsindən yaxın məsafədə hərəkət etdikdə,
ötməzdən əvvəl qısa müddətə faraların uzaq işığını yandırmaqla xəbərdarlıq işıq siqnalı
vermək olar.
V. Sutkanın işıqlı vaxtında hərəkət edən nəqliyyat vasitəsini göstərmək məqsədilə
aşağıdakı nəqliyyat vasitələrində faranın yaxın işıqları yandırılmalıdır:
1) Motosiklet və mopedlərdə;
2) Uşaq dəstələrini daşıyan avtobus və mikroavtobuslarda;
3) Mütəşəkkil nəqliyyat dəstəsində hərəkət edən nəqliyyat vasitələrində;
4) Digər nəqliyyat vasitələrini yedəyə alan nəqliyyat vasitələrində;
5) Təhlükəli, ağır çəkili və iri qabaritli yük daşıyan nəqliyyat vasitələrində;
6) Xüsusi olaraq ayrılmış zolaqla nəqliyyat vasitələrinin axınına qarşı hərəkət edən
ümumi istifadədə olan nəqliyyat vasitələrində.
VI. Duman faralarından aşağıdakı hallarda istifadə oluna bilər:
1) Məhdudiyyətli görünmə şəraitində - həm ayrıca, həm də faranın yaxın və ya uzaq
işıqları ilə birlikdə;
2) Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində - faraların yaxın və uzaq
işıqları ilə birlikdə;
3) Bu Qanunun 73-cü maddəsinin V hissəsində nəzərdə tutulmuş hallarda müvafiq
nəqliyyat vasitələrində faranın yaxın işıqlarının əvəzinə.
Qeyd: Duman faralarından aşağıdakı hallarda istifadə oluna bilər:
1) Məhdud görünmə şəraitində - həm ayrıca, həm də faranın yaxın və ya uzaq işıqları ilə
birlikdə;
2) Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində - faraların yaxın və uzaq
işıqları ilə birlikdə.
VI. Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, habelə məhdudiyyətli
görünmə şəraitində dayanarkən və durarkən nəqliyyat vasitəsində və avtoqatarda qabarit
və ya dayanacaq işıqları yandırılmalıdır. Əgər qabarit işıqları nasazdırsa, nəqliyyat
vasitəsi yoldan kənara çıxarılmalı, bu mümkün olmadıqda isə o, qəza dayanma nişanı ilə
bu Qanunun tələbinə uyğun işarələnməlidir.
VII. Qatı duman şəraitində, güclü qar və yağış yağanda, yaxud buna uyğun digər
şəraitdə, həmçinin faranın yaxın işıqları və ya duman faraları və dumana qarşı fənərlər
yandırıla bilər
Qeyd: Yuxarıda göstərilən hallar istisna olmaqla, nəqliyyat vasitələri işıq və səs siqnalları
söndürülmüş vəziyyətdə aşağıdakı hallarda duracaqda dayana bilər:
1) İşıqlandırılmış yollarda nəqliyyat vasitəsi kifayət qədər məsafədən aydın göründükdə;
2) Yolun hərəkət hissəsinin kənarından aralı saxlandıqda;
3) Akkumulyatorla təchiz olunmamış motosikletlər yaşayış məntəqəsində yolun hərəkət
hissəsinin qırağında saxlandıqda Yaşayış məntəqələrində hərəkət gərginliyi az olan
küçələrdə.
VIII. Projektor-faradan və axtarıcı-faradan yalnız yaşayış məntəqələrindən kənarda,
qarşıdan nəqliyyat vasitələri gəlmədikdə istifadə etməyə icazə verilir. Yaşayış
məntəqələrində belə faralardan yalnız operativ və xüsusi xidmət nəqliyyat vasitələrinin
sürücüləri xidməti tapşırığı yerinə yetirərkən istifadə edə bilərlər.