1) Yaxınlaşan qatarı saxlamaq üçün maşinistə dayanma siqnalı verməyi imkan daxilində
iki adama başa salıb, onları dəmir yol xətti boyunca 1000 metr məsafədə hər iki tərəfə
(bir nəfər olduqda isə yolun daha pis görünən tərəfinə) göndərməlidir;
2) Nəqliyyat vasitəsinin yanında qalmalı və ümumi həyəcan siqnalları verməlidir;
3) Qatar görünən kimi, ona tərəf qaça-qaça dayanma siqnalı verməlidir.
Qeyd: Dayanma siqnalı qolun dairəvi hərəkət etdirilməsindən ibarətdir (gündüz parlaq
rəngli parça, yaxud yaxşı görünən hər hansı əşya ilə, gecə məşəl və ya fənərlə). Ümumi
həyəcan siqnalı bir neçə dəfə, bir uzun və üç qısa səs siqnalı verməkdən ibarətdir.
Yaşayış zonalarında hərəkət:
I. Yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə, həm də yolun
hərəkət hissəsində icazə verilir. Yaşayış zonasında piyadalara üstünlük verilir, lakin onlar
nəqliyyat vasitələrinin hərəkəti üçün əsassız maneə yaratmamalıdırlar.
II. Yaşayış zonasında xüsusi olaraq ayrılmış, işarələrlə göstərilmiş, nişanlanmış
yerlərdən kənarda saatda 20 kilometrdən artıq sürətlə hərəkət etmək, sürmə təlimi
keçmək, mühərriki söndürmədən durmaq, habelə icazə verilən maksimum kütləsi 3,5
tondan çox olan yük avtomobillərinin durması qadağandır.
III. Sürücülər yaşayış zonasından çıxarkən, hərəkətin digər iştirakçılarına yol
verməlidirlər.
IV. Bu maddənin tələbləri həyət ərazilərinə də şamil edilir.
A.4.2 Xarici işıq cihazlarından və səs siqnallarından istifadə
qaydaları
I. Təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə nəqliyyat
vasitələrinin sürücüləri fara işıqlarından, bu və ya digər istiqamətə dönmə işıq
göstəricilərindən, səs siqnallarından və ya əl işarəsindən istifadə edirlər.
II. Yuxarıda göstərilən vasitələrlə səs və işıq siqnallarının verilməsi, nəqliyyat
vasitələrinin sürücülərini sürəti azaltmaq və yol-nəqliyyat hadisəsinin qarşısını almaq
üçün bütün digər zəruri tədbirləri görmək vəzifəsindən azad etmir.
III. Sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində, habelə tunellərdə
hərəkətdə olan nəqliyyat vasitələrində və qoşqularda işıq cihazları və işıq siqnalları
aşağıdakı qaydada yandırılmalıdır:
1) Təchizatından asılı olaraq nəqliyyat vasitələrində - faraların yaxın və ya uzaq işıqları
və arxa qabarit işıqları, velosipedlərdə - faralar və ya fənərlər, at arabalarında - fənərlər;
2) Qoşqularda və yedəyə alınan nəqliyyat vasitələrində - qabarit işıqları.
IV. Uzaq işıq yaxın işığa:
1) Yaşayış məntəqələrində yol kifayət qədər işıqlandırıldıqda və yaşayış
məntəqələrindən kənarda, əgər yolun hərəkət hissəsi yol boyu işıqlanmışdırsa və əgər
həmin işıqlandırma sürücüyə kifayət qədər məsafədə görmək imkanı verirsə;
2) Sürücünün gözlərini qamaşdırmamaq məqsədi ilə qarşıdan gələn nəqliyyat vasitəsinə
azı 150 metr qalmışsa;
3) Yol hərəkətinin digər iştirakçılarının gözlərini qamaşdıra bilən hər hansı digər hallarda
keçirilməlidir. Gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını
dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalıdır;