daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat
vasitələrinə yol verməlidir.
11. ( ) Nizamlanan yolayrıcında ötmək qadağandır 12. ( ) Yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində - əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmək qadağandır. |
|
3. Boşluqları doldurmaq |
Aşağıdakı cümlələri oxuyun və boşluqlara uyğun gələn
sözləri daxil edin.
1. Manevrlər zamanı siqnal verməsi sürücüyə üstünlük vermir və onu ......................... tədbirləri görməkdən azad etmir. 2. Elə dönmək lazımdır ki, NV hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən qarşıdan gələn nəqliyyatın ........................ keçməsin. 3. Eyni istiqamətdə azı iki hərəkət zolağı olan yolda tramvay yolları olduqda tramvay yoluna .................. qadağandır. 4. Traktorlara yaşayış məntəqələrində maksimum ....... km/saat-dan artıq sürətlə hərəkətə icazə verilmir. 5. Relsiz NV-ni yalnız ....... tərəfdən ötməyə icazə verilir. 6. Yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində ...................... yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda icazə verilir. 7. Ümumi istifadəli nəqliyyat vasitələrinin ...................... məntəqəsinin yerləşdiyi yerlərdə geriyə dönmək qadağandır. |
Qiymətləndirmə ölçüsü | Bəli | Xeyr |
1. İş paltarını, iş ayaqqabısını və əlcəyi geyindinizmi? | ||
2. İşləri yerinə yetirərkən təhlükəsizlik qaydalarına əməl etdinizmi? | ||
3. İşləri yerinə yetirərkən icraya dair təlimatdan istifadə etdinizmi? | ||
4. NV-nin hərəkətə başlaması qaydaları haqda şifahi məlumat verdinizmi? | ||
5. Hərəkət hissəsinin kənarında dayandığınız və ya duduğunuz yerdən hərəkətə başlamazdan əvvəl bu haqda digər NV-ni sola dönmə göstəricisini işə qoşaraq xəbərdar etdinizmi? | ||
6. Əmin oldunuz ki, sizin bu manevriniz hərəkətdə olan digər NV-yə maneçilik törətməyəcək? |