Giriş
Hörmətli oxucu,
Traktorlar və digər özüyeriyən mexaniki nəqliyyat vasitələrinin idarə olunmasında yol
hərəkəti qaydalarını bilmək böyük əhəmiyyət kəsb edir. Bu modulda siz oxuculara yol
hərəkəti qaydalarının əsas anlayışları, hərəkət iştirakçılarının vəzifələri və hüquqları, yol
nişanlarının və yolların yerüstü nişanlamalarının tələbləri və mahiyyəti, işıqforun və
nizamlayıcının siqnalları, yolayrıcılarının keçilmə qaydaları tədris ediləcək.
Hörmətli oxucular, siz bu modulu öyrənməklə yol hərəkətinin əsas anlayışlarını, hərəkət
iştirakçılarının və sürücülərin vəzifələrini, hərəkətin nizamlanmasının və yol nişanlarının
tələblərinin mahiyyətini, traktor və özügedən mexaniki NV-nin idarə olunmasında bu
nişanların tələblərinə əməl etməyi bacaracaqsınız. Bundan əlavə, yol nəqliyyat
hadisələrinin səbələrini, zərərçəkənə ilk tibbi yardım göstərilməsi qaydalarını
mənimsəyəcəksiniz.
Hörmətli oxucu, nəhayət, siz bu modulu öyrənməklə sonda traktor və digər özügedən
mexaniki NV-ni müxtəlif şəraitlərdə praktiki olaraq sərbəst idarə etməyi bacaracaqsınız.
İxtisarlar
NV – nəqliyyat vasitəsi
HH – hərəkət hissəsi
YHQ – yol hərəkəti qaydaları
YNH – yol nəqliyyat hadisələri