|
- Bəzən olur ki, baş yol yolayrıcında
istiqamətini dəyişir. Belə olduqda yolayrıcının
keçilməsi qaydası bir qədər fərqlənir. Siz 1
traktorunu idarə edirsiniz, yolayrıcındasınız və
düzünə getmək istəyirsiniz. Baş yolun
istiqamətini dəyişməsi nişanından bəlli olur ki,
baş yolda siz və 2 avtomobilidir. Sizə
məlumdur ki, baş yoldakılar hərəkət
üstünlüyünə malikdir, lakin siz 2 avtomobilinin
sağında olduğunuza görə yolayrıcını birinci
keçmək hüququ sizə verilir. Siz keçdikdən
sonra 2 avtomobili, sonra 3 avtomobili və
nəhayət sonda 4 avtomobili keçir.
- Siz baş yolla ikinci dərəcəli yolun
kəsişməsindəsiniz və özügedən NV 2-ni
idarə edirsiniz və yolayrıcından düzünə
getmək istəyirsiniz. Şəkildən aydın görünür ki,
baş yolda siz və 1 tramvayıdır. Yolayrıcını
keçmək üstünlüyü tramvaya verilir, çünki belə
hallarda relsli NV üstünlüyə malikdir. Beləliklə,
yolayrıcını əvvəlcə 1 tramvayı, sonra siz,
daha sonra 3 tramvayı və sonda 4 avtomobili
keçir.
|