Təlim nəticələrinə nail olmaq üçün
tələb olunan praktiki tapşırıqlar
|
- Yolayrıcının keçilməsinə dair qaydaları şifahi
söyləyirsiniz
- Traktoru idarə edirsiniz, nizamlanmayan və
eyni əhəmiyyətli yolların kəsişməsindəsiniz
və düzünə hərəkət etmək istəyirsiniz. Siz
bilirsiniz ki, qaydalara görə belə yolların
kəsişməsində NV özündən sağda olan NV-yə
yol verməlidir. Bu halda siz yolayrıcına daxil
ola bilmirsiniz, çünki sizin sağınızda 1
avtomobili maneə yaradır. Göstərilən
situasiyada sağı boş olan NV təkcə 1
avtomobilidir. 1 avtomobili yolayrıcını birinci
keçir. Bu zaman sizin sağınız boşalır və siz
yolayrıcını düzünə keçirsiniz. Sizin ardınızca
3 avtomobili yolayrıcını keçir.
- Traktoru idarə edirsiniz, nizamlanmayan və
eyni əhəmiyyətli yolların kəsişməsindəsiniz və
düzünə hərəkət etmək istəyirsiniz. Belə
vəziyyətlə rastlaşdıqda göründüyü kimi
yolayrıcına heç bir NV daxil ola bilmir, çünki
hər birinin sağında maneə var. Qaydalar bu
halda məsləhət görür ki, onlardan birinə
digərlərinin hərəkət hissəsini boşaltmasına
icazə verir. Bir NV-nin sağı boşalandan sonra
yolayrıcının keçilməsi sağdakı maneəni
buraxmaqla növbəliliklə başa çatır.
- Şəkildə baş yolla ikinci dərəcəli yolun
kəsişməsi göstərilmişdir. Siz özügedən NV-ni
(1) idarə edirsiniz və düzünə hərəkət etmək
istəyirsiniz. Siz bilirsiniz ki, qaydalara görə
belə kəsişmədə yolayrıcını birinci keçmək baş
yolda hərəkətdə olan NV-yə şamil edilir. İkinci
dərəcəli yolda olan NV baş yoldakı NV-yə yol
verməlidir. Manevrlər zamanı baş yolda olan
və ikinci dərəcəli yolda olan NV-nin hərəkət
trayektoriyaları kəsişirsə, onların hər biri
özündən sağda olan NV-yə yol verməlidir.
Beləliklə, bu yolayrıcını baş yolda olduğunuza
görə siz keçirsiniz. 2 avtomobilin baş yolda
olmasına baxmayaraq, o, sola manevr
edərkən siz onun sağına düşdüyünüzə görə
o, sizə yol verməyə borcludur. Siz və sizdən
sonra 2 avtomobili yolu boşaldandan sonra
əvvəlcə 3 və sonda 4 avtomobili yolayrıcını keçir.
|