Təlim nəticələrinə nail olmaq üçün
tələb olunan praktiki tapşırıqlar
|
- Dayanma və durmaya dair qaydaları şifahi
söyləyirsiniz.
- Traktoru idarə edirsiniz və yaşayış
məntəqəsində dayanmaq istəyirsiniz. Bu
məqsədlə birinci növbədə diqqət etməlisiniz
ki, bu yerdə dayanma müvafiq nişanla
qadağan edilib, yoxsa edilməyib. Bundan
sonra sağa dönmə göstəricisini qoşaraq səki
daşının yanında və səkiyə paralel olmaqla
dayanırsınız.
-
Siz yaşayış məntəqəsindən kənarda
dayanmaq və ya durmaq istəyirsiniz. Bu
halda siz sağa dönmə göstəricisini işə
qoşursunuz və yolun hərəkət hissəsini
tamamilə boşaldaraq yolun çiyninə çıxırsınız.
-
Yaşayış məntəqəsində hərəkət hissəsinin
ortasından tramvay xətti keçən bir ərazidə
durmaq istəyirsiniz.
- Sizə bu yerdə durmaq o zaman qadağan ola
bilər ki, burada durmağınız tramvayın
hərəkətinə maneçilik törətsin. Şəkildən aydın
görünür ki, siz bu yerdə dura bilməzsiniz.
|
Diqqət edilməli məqamlar!!!
|
- Dayanmaq və ya durmaq istəyərkən bu
hərəkətin müvafiq nişanlarla qadağan
olunub-olmamasına diqqət etməyi yaddan
çıxarmayın.
|
Praktik tapşırıq A.3.6 – Yolayrıcının keçilməsinə dair tapşırıqların yerinə
yetirilməsi
İstifadə edilməli resurslar:
- İş paltarı;
- İstifadə etmək üçün təlimat;
- Yol nişanlarının maqnitli maketləri;
- Təlim stendi;
- Xüsusi təlim meydançası.
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Yolayrıcının keçilməsinə dair
tapşırıqların yerinə yetirilməsi
|
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına əməl edin.
- Yolayrıcının keçilməsinə dair tapşırıqların
yerinə yetirilməsini təlimatın tələblərinə uyğun
yerinə yetirin.
- Çalışmalısınız ki, tapşırığın tələblərini
maksimum dəqiqliklə yerinə yetirəsiniz.
|