|
- Nizamlanan yolayrıcında qarşı hərəkət
zolağına çıxmaqla ötmə manevri yerinə
yetirə bilməzsiniz, bu, qaydalarla qadağan
olunub. Şəkildən görünür ki, traktor
nizamlanan yolayrıcına artıq daxil olmuşdur
və hərəkətini düzünə davam etdirir.
Arxadan yaxınlaşan NV qaydalara zidd
olaraq, ötmə əməliyyatı yerinə yetirir ki, bu
da real qəza şəraitinin yaranmasına gətirib
çıxaracaq.
- Nizamlanan yolayrıcında qarşıda
hərəkətdə olan NV-ni qarşı hərəkət
zolağına çıxmadan ötməklə qayda
pozmursunuz.
|
Diqqət edilməli məqamlar!!!
|
- Ötməni yerinə yetirərkən maksimum
diqqətli olmalısınız.
|
Praktik tapşırıq A.3.5 – Dayanma və durmaya dair tapşırıqların yerinə
yetirilməsi
İstifadə edilməli resurslar:
- İş paltarı;
- İstifadə etmək üçün təlimat;
- Yol nişanlarının maqnitli maketləri;
- Təlim stendi;
- Xüsusi təlim meydançası.
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Dayanma və durmaya dair
tapşırıqların yerinə yetirilməsi
|
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına əməl edin.
- Dayanma və durmaya dair tapşırıqların
yerinə yetirilməsini təlimatın tələblərinə
uyğun yerinə yetirin.
- Çalışmalısınız ki, tapşırığın tələblərini
maksimum dəqiqliklə yerinə yetirəsiniz.
|