|
avtomagistralda hərəkət edə
bilməyəcəksiniz.
- Sizin idarə etdiyiniz traktoktor və ya
özügedən mexaniki NV avtomagistralda
xidmət işləri aparırsa, sizin hərəkətiniz
qadağan hesab edilmir.
- Texniki xarakteristikasına görə, iri
qabaritli traktorların və özügedən NV-nin
ağ və ya göy fonlu yaşayış
məntəqələrində birbaşa istismarı
qadağandır, lazım olduqda onları
xüsusi daşıma vasitələrində iş
görüləcək sahəyə daşıyırlar.
|
Diqqət edilməli məqamlar!!!
|
- Hərəkətdə olarkən sağ hərəkət zolağını
tutmağı diqqətdə saxlayın.
|
Praktik tapşırıq A.3.4 – Ötmə və qarşılıqlı keçməyə dair tapşırıqların yerinə
yetirilməsi
İstifadə edilməli resurslar:
- İş paltarı;
- İstifadə etmək üçün təlimat;
- Yol nişanlarının maqnitli maketləri;
- Təlim stendi;
- Xüsusi təlim meydançası.
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Ötmə və qarşılıqlı keçməyə dair
tapşırıqların yerinə yetirilməsi
|
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına əməl
edin.
- Ötmə və qarşılıqlı keçməyə dair
tapşırıqların yerinə yetirilməsini təlimatın
tələblərinə uyğun yerinə yetirin.
- Çalışmalısınız ki, tapşırığın tələblərini
maksimum dəqiqliklə yerinə yetirəsiniz.
|
Təlim nəticələrinə nail olmaq üçün
tələb olunan praktiki tapşırıqlar
|
- Ötmə və qarşılıqlı keçməyə dair qaydaları
şifahi olaraq ifadə edirsiniz.
- Bir istiqamətdə üç zolaqlı yolda sizin
qarşınızda orta zolaqda hərəkətdə olan
NV-ni ancaq sol tərəfdən ötməlisiniz.
Yolayrıcında isə qarşıda gedən NV sol
dönmə göstəricisini qoşub və dönməyə
başlayıbsa, onu sağ tərəfdən ötürsünüz.
|