Təlim nəticələrinə nail olmaq üçün tələb
olunan praktiki tapşırıqlar
|
- NV-nin manevr etmə qaydalarını şifahi
halda söyləyirsiniz.
- Hərəkət hissəsinin kənarından hərəkətə
başlamaq istəyirsiniz və sizin arxanızda
sol zolaqda hərəkətdə olan NV sağ
zolağa keçərək dayanmaq istəyir.
- Bu halda o NV hərəkətdə olduğuna
görə, siz isə hərəkətə başlamaq
istədiyinizə görə hərəkət üstünlüyü əldə
edirsiniz.
- Siz imkan verirsiniz ki, o NV manevri başa
çatdırsın.
- Yalnız bundan sonra siz sola dönmə
göstəricisini işə qoşaraq hərəkətə başlaya
bilərsiniz.
-
Siz hərəkət hissəsinin sağ kənarından
hərəkətə başlamaq istəyirsiniz. Qarşı
hərəkət zolağı ilə hərəkətdə olan NV isə
geriyə dönmək istəyir. Qaydaların tələbinə
görə bu halda qarşıdan geriyə manevr
etmək istəyən NV hərəkət üstünlüyünə
malik olduğundan siz ona yol verirsiniz və
yalnız ondan sonra qaydaların tələbinə
uyğun hərəkətə başlayırsınız.
- Siz hərəkət hissəsinin sağ kənarından
hərəkətə başlamaq istəyirsiniz, bu halda
qonşu sol zolaqda bir NV hərəkət edir və
heç bir dönmə göstəricisi də qoşmayıb.
Siz tamam əmin olduqdan sonra ki, sizin
manevriniz o NV-yə maneə
yaratmayacaq, hərəkətə başlayırsınız.
- Şəkildə göstərildiyi kimi, siz hərəkət
hissəsinin (HH) sağ zolağı ilə düzünə
hərəkətdəsiniz. Sağ tərəfdə yerləşən
yanacaqdoldurma məntəqəsindən bir NV
hərəkətə başlayaraq əsas yola çıxmaq
|