Təlim nəticələrinə nail olmaq üçün tələb
olunan praktiki tapşırıqlar
|
- NV-nin hərəkətə başlaması qaydaları
haqda şifahi məlumat verirsiniz.
- Hərəkət hissəsindən və ya hər hansı
dayandığınız və ya durduğunuz yerdən
hərəkətə başlamazdan əvvəl bu haqda
digər NV-ni xəbərdar etməlisiniz.
- Bu məqsədlə sola dönmə göstəricisini
işə qoşursunuz.
- NV-nin dönmə göstəricisi işləmirsə,
onda sol əlinizi yana çıxararaq üfüqi
vəziyyətdə tutursunuz (bu siqnal sola və
ya geriyə dönmə siqnallarını ifadə edir).
- Əmin olursunuz ki, sizin bu manevriniz
hərəkətdə olan digər NV-yə maneçilik
törətməyəcək, o zaman hərəkətə
başlaya bilərsiniz.
- Hərəkətə başladıqdan sonra dönmə
göstəricisini söndürürsünüz.
- Dönmə göstərici siqnalını əllə
vermisinizsə, onda hərəkətə
başlamazdan əvvəl əlinizi geri çəkirsiniz.
- Hərəkət hissəsinin kənarında dayanmaq
istədikdə sağ zolağa keçirsiniz və sağa
dönmə göstəricisini işə qoşursunuz.
- Yolun sağ kənarında səki daşına yaxın
dayanırsınız və dərhal dönmə
göstəricisini söndürürsünüz.
- Bu halda da dönmə göstəricisi işləmirsə,
sol dolu yana uzatmaqla dirsəkdən
bükürsünüz, bu siqnaldan sağa dönmə
və ya dayanma zamanı istifadə edilir.
- Əvvəlki manevrdə olduğu kimi, işıq
göstəricisi ilə verilən siqnalı manevr
bitdikdən sonra, əllə verilən siqnalı isə
manevrə başlamazdan əvvəl dərhal kəsirsiniz.
|