olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki
cərgədə dayana və dura bilərlər.
II. Yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində tramvay yolunun
olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət
yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə
birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya
boşaltmaq üçün) icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa
yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtlə icazə
verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın.
III. Yaşayış məntəqəsindən kənarda uzunmüddətli dincəlmə, gecələmə və istirahət üçün
durmağa yalnız bu məqsədlə düzəldilmiş meydançalarda və ya yoldan kənarda icazə
verilir.
IV. Aşağıdakı yerlərdə dayanma qadağandır:
1) Tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu,
tramvayın hərəkətinə maneə yaradarsa;
2) Dəmir yol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin
istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında;
3) 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında
məsafə 3 metrdən az olan yerlərdə
4) Piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda;
5) Hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili
hissəsinin yaxınlığında - hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az
olduqda;
6) 1.1-1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin
qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və
kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda;
7) Dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat
vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az
yaxınlıqda;
8) Nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa
sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini
(girmə və ya çıxma) qeyri- mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə
yaratdığı yerlərdə;
9) Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - səkilərdə;
10) 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir
zonalarında;
11) Avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları
ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır.
IV-I. Ümumi istifadədə olan nəqliyyat vasitəsi sürücüsünün sərnişinləri mindirmək və
düşürtmək üçün nəqliyyat vasitəsini bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş
dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq
yerlərindən kənar dayandırması qadağandır. Taksilərin bu məqsədlə xüsusi olaraq
müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş
qəbul etmək məqsədilə durması qadağandır.