Ötmə və qarşılıqlı keçmə:
I. Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki:
1) Girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu
manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə
yaratmayacaq;
2) Eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən
qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal
vermir;
3) Qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə
yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat
vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan
verəcəkdir.
II. Relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü
sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək
lazımdır.
III. Ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa) sürücü əvvəl
tutduğu hərəkət zolağına qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha
artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən
ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn nəqliyyat
vasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər.
IV. Hərəkət sürətini artırmaqla və ya başqa hərəkətlərlə ötən nəqliyyat vasitəsinin
sürücüsünə maneçilik törətmək qadağandır.
V. Ötmə aşağıdakı yerlərdə və hallarda qadağandır:
1) Nizamlanan yolayrıclarında - əks istiqamətli hərəkət zolağına keçməklə və
nizamlanmayan yolayrıclarında - baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi
olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və
icazə verilmiş sağdan ötmə istisna edilməklə);
2) Piyada keçidlərində - piyadalar olduqda;
3) Dəmir yol keçidlərində və onlara 100 metrdən az qaldıqda;
4) Ötən və ya yanından keçən nəqliyyat vasitəsini;
5) Yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində - əks istiqamətli
hərəkət zolağına çıxmaqla;
6) Tunellərdə qadağandır.
VI. Yaşayış məntəqələrindən kənarda asta gedən və ya iriqabaritli nəqliyyat vasitəsini
ötmək çətinləşdikdə, sürücü nəqliyyat vasitəsini mümkün qədər sağa çəkməli, lazım
gəldikdə isə arxasında yığılmış nəqliyyat vasitələrini buraxmalıdır.
VII. Qarşılıqlı keçmə çətinləşən hallarda - hansı sürücü tərəfdə maneə varsa, həmin
sürücü yol verməlidir. 1.13 və 1.14 nişanları ilə işarələnmiş yerlərdə maneə olduqda,
enişlə aşağı hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü yoxuşla yuxarı gedən nəqliyyat
vasitəsinə yol verməlidir.
Dayanma və durma:
I. Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat
vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət
hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu