bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz, yaşayış zonalarında və
həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə);
2) Minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük
avtomobilləri yaşayış məntəqələrindən kənarda: avtomagistrallarda - saatda 110
kilometrdən çox olmayan sürətlə; başqa yollarda - saatda 90 kilometrdən çox olmayan
sürətlə;
3) Şəhərlərarası və xüsusilə kiçik avtobuslar və motosikletlər yaşayış məntəqələrindən
kənarda bütün yollarda saatda 90 kilometrdən çox olmayan sürətlə;
4) Digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən
maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri yaşayış məntəqələrindən
kənarda:avtomagistrallarda - saatda 90 kilometrdən çox olmayan sürətlə; başqa yollarda
- saatda 70 kilometrdən çox olmayan sürətlə;
5) Banında adamlar daşıyan yük avtomobilləri - saatda 50 kilometrdən çox olmayan
sürətlə;
6) Yedəyində mexaniki nəqliyyat vasitələri aparan nəqliyyat vasitələri - saatda 50
kilometrdən çox olmayan sürətlə;
7) Təhlükəli, ağır çəkili və iri qabaritli yüklər daşıyan nəqliyyat vasitələri - daşıma şərtləri
razılaşdırılarkən müəyyən edilmiş həddən çox olmayan sürətlə hərəkət etməlidirlər.
III. Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki,
qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən
dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.
IV. Yaşayış məntəqələrindən kənarda ötməni asanlaşdırmaq məqsədilə, asta gedən,
ağır yüklü və ya uzun nəqliyyat vasitələrinin sürücüləri özlərindən qabaqda gedən
nəqliyyat vasitəsi ilə kifayət qədər ara məsafəsi saxlamalıdırlar ki, onları ötən nəqliyyat
vasitələri ötməni tam təhlükəsiz şəraitdə başa çatdırsınlar. Əgər sürücü ötmə
əməliyyatına başlamışdırsa və ötürsə, bu tələbə əməl olunmur.
V. Üstün hərəkət rejimli nəqliyyat vasitələri zərurətdən irəli gələn sürətlə hərəkət edə
bilərlər. Göstərilən nəqliyyat vasitələrinin sürücüləri yol-nəqliyyat hadisələrinin qarşısını
almaq üçün hər cür tədbir görməlidirlər.
VI. Sürücülərə:
1) Nəqliyyat vasitəsini onun texniki xarakteristikası üzrə müəyyən edilmiş maksimum
sürətdən artıq sürmək;
2) Lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri
üçün maneə yaratmaq;
3) Yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə,
nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır.
VII. Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan
mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın
mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı
və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24
“Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya
3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr
qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır.