Bu nişanlama sizi xəbərdar edir ki, siz sərt yoxuşda hərəkət
edirsiniz. Yoxuşun sonunda qarşı hərəkət zolağına çıxmadan
ötmək qadağan deyil
Bu nişanlama sizi xəbərdar edir ki, siz sərt yoxuşda hərəkət
edirsiniz. Yoxuşun sonunda qarşı hərəkət zolağına çıxmaqla
ötmək qadağandır
Sərt yoxuşu qalxan NV-nin qarşısında maneə olarsa və onun
qalxdığı istiqamətdə bir hərəkət zolağı olduğu halda, enişi düşən
NV yoxuşu qalxan NV-yə yol verməlidir
Döngənin istiqaməti nişanı digər xəbərdarlıq nişanlarından fərqli
olaraq təhlükəli hesab edilən yerin düz yanında qoyulur və
sürücülərə döngənin istiqaməti haqda xəbərdarlıq edir.
Velosiped zolaqları ilə kəsişmə haqda xəbərdar edən nişanlar
xəbərdar edir ki, 50-100 və ya 150-300 metrdən sonra velosiped
zolağı ilə kəsişmə olacaq və bu yerdə keçmə üstünlüyü sizə
verilir, lakin əmin olmalısınız ki, velosiped zolağında hərəkətdə
olan və kəsişmə yerinə yaxınlaşan velosipedçi sizə yol verir
|
|
|
A.3 Hərəkətə başlama və manevr etmə, traktor və digər
mexaniki nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində
yerləşməsi, hərəkət sürəti, ötmə və qarşılıqlı keçmə, dayanma
və durma, yolayrıcının keçilmə qaydaları
A.3.1 Hərəkətə başlama, manevr etmə
I. Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və
dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə,
bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə, əl işarələri ilə siqnal verməlidir. Bu
zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə
yaratmamalıdır.
II. Yana uzadılmış sol qol, yaxud yana uzadılaraq düzbucaq şəkildə dirsəkdən yuxarı
bükülmüş sağ qol sola (geriyə) dönmə siqnalına uyğundur. Yana uzadılmış sağ qol,
yaxud yana uzadılaraq düzbucaq şəklində dirsəkdən yuxarı bükülmüş sol qol sağa
dönmə siqnalına uyğundur. Yuxarı qaldırılmış sol və ya sağ qol tormozlama siqnalına
uyğundur.
III. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr
qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə
başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını
çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri
görməkdən azad etmir.