Təlim nəticələrinə nail olmaq üçün tələb
olunan praktiki tapşırıqlar
|
- Xəbərdarlıq nişanlarının tələblərinin
yerinə yetirilməsinə dair qaydaları şifahi
söyləyirsiniz.
- Nişanların bu cür düzülüşündəki təkrar
olunan birinci nişan və ona əlavə edilmiş
dəmir yol keçidinə yaxınlaşma nişanları
sizi xəbərdar edir ki, 150-300 metrdən
sonra şlaqbaumsuz dəmir yol keçidi
olacaq. Təkrar olunan ikinci nişan və
onun altındakı üzərinə bir maili xətt
çəkilmiş nişanlar dəmir yol keçidinə ən azı
50 metr məsafənin qalması haqda sizi
xəbərdar edir. İki nişan arasında qoyulan
üzərində iki maili xətt çəkilmiş dəmir yol
keçidinə yaxınlaşma nişanı sizi xəbərdar
edir ki, təkrar olunan birinci və ikinci
nişanlar arasındakı məsafəni yarı
etmisiniz.
- Bu nişanlama sizi xəbərdar edir ki, siz
sərt yoxuşda hərəkət edirsiniz. Yoxuşun
sonunda qarşı hərəkət zolağına çıxmadan
ötmək qadağan deyil
-
Bu nişanlama sizi xəbərdar edir ki, siz
sərt yoxuşda hərəkət edirsiniz. Yoxuşun
sonunda qarşı hərəkət zolağına çıxmaqla
ötmək qadağandır.
-
Sərt yoxuşu qalxan NV-nin qarşısında
maneə olarsa və onun qalxdığı
istiqamətdə bir hərəkət zolağı olduğu
halda, enişi düşən NV yoxuşu qalxan
NV-yə yol verməlidir.
|