Təlim nəticələrinə nail olmaq üçün
tələb olunan praktiki tapşırıqlar
|
- Yolayrıcında hərəkətin zolaqlar üzrə icazə
verilmiş istiqamətlərini göstərən 1.18
nişanlamasının və yaxud 5.8.1, 5.8.2
nişanlarının mahiyyətini danışırsınız.
- Hərəkət zolaqlarının üstündən asılmış 5.8.1,
5.8.2 nişanlarını yolayrıcına çatmamış
müəyyən məsafədən görürsünüz.
- Bu imkandan yararlanaraq gedəcəyiniz
istiqamət üzrə NV-nizi uyğun zolaqda
yerlşədirirsiniz.
- Eyni zamanda hərəkət hissəsinə çəkilmiş 1.18
nişanlamasını da görürsünüz. 1.18
nişanlaması və 5.8.1, 5.8.2 nişanları eyni
mənanı ifadə edirlər.
- Şəkildə göstərilən yolayrıcında nişanın tələbinə
əsasən sol zolaqdan sola və ya geriyə, orta
zolaqdan düzünə və ya sola, sağ kənar
zolaqdan isə düzünə və sağa hərəkət edə
bilərsiniz.
|