|
- Əgər yolayrıcında kəsişən yolayrıcı
zolaq vasitəsilə hərəkət hissələrinə
ayrılmışdırsa və sizin qarşınızda
“Sola dönmək qadağandır” nişanı
quraşdırılmışdırsa, bu nişanın təsiri
hərəkət hissəsinin birinci
kəsişməsinə aiddir. Odur ki, siz
hərəkət hissəsinin birinci
kəsişməsindən ancaq geriyə, ikinci
kəsişməsində isə düz, sola və
geriyə hərəkət edirsiniz.
- Əgər yolayrıcında kəsişən yol
ayırıcı zolaq vasitəsilə hərəkət
hissələrinə ayrılmışdırsa və ayırıcı
zolağın üzərində “Sağa dönmək
qadağandır” nişanı quraşdırılmışdırsa, bu nişanın təsiri hərəkət
hissəsinin ikinci kəsişməsinə aiddir.
Odur ki, siz hərəkət hissəsinin
birinci kəşisməsindən sağa və
geriyə, ikinci kəsişmədən düz və
geriyə hərəkət edirsiniz.
|