|
- Dəmir yol keçidi qarşısında
“Dayanmadan keçmək qadağandır”
nişanı quraşdırılıbsa və dəmir yol
keçidi şlaqbaumsuzdursa, onda siz
nişanın yanında, hərəkət hissəsinə
STOP nişanlama xətti çəkilibsə,
xəttin qarşısında dayanırsınız.
- “Baş yol” nişanı quraşdırılmış yolda
hərəkət edirsinizsə, yolayrıcında düz
istiqamətdə hərəkət nəzərdə
tutmusunuzsa, onda kəsişən yolda
dayanmadan hərəkətinizi davam
etdirəcəksiniz.
- Hərəkət hissələrinin daraldığı
yerlərdə keçmə üstünlüyünə dair
tapşırıqları 2.6 “Qarşıdan hərəkətin
üstünlüyü” və 2.7 “Qarşıdan hərəkətə
nisbətən üstünlük” nişanlarının
tələblərinə uyğun yerinə yetirin.
- Əgər hərəkət hissəsinin daraldığı
yerdə qarşınızda “Qarşıdan hərəkətə
nisbətən üstünlük” nişanı
quraşdırılıbsa, onda siz yolun
daraldığı yerdən keçmə üstünlüyünə
maliksiniz və birinci keçirsiniz.
- Əgər hərəkət hissəsinin daraldığı
yerdə qarşınızda “Qarşıdan hərəkətin
üstünlüyü” nişanı quraşdırılmışdırsa,
onda keçmə üstünlüyü qarşıdan
gələn NV-yə verilir və siz ona yol
verirsiniz
- Əgər hərəkət hissəsində sizin
hərəkət istiqamətində hər hansı
maneə görürsünüzsə və üstünlük
nişanları da quraşdırılmayıbsa, onda
daralma və ya maneə siz tərəfdə
olduğundan qarşıdan gələn NV-yə
yol verirsiniz.
|