Təlim nəticələrinə nail olmaq üçün tələb
olunan praktiki tapşırıqlar
|
- Üstünlük nişanlarının mahiyyətini
açıqlayırsınız.
- Üstünlük nişanlarının nəyə görə
vahid formada və rəngdə olmadığına
aydınlıq gətirirsiniz.
- Hərəkət etdiyiniz yolun sonundakı
yolayrıcında “Yol verin” nişanı
quraşdırılıbsa, siz müvafiq yerdə
dayanaraq kəsişən yolda hərəkətdə
olan nəqliyyat vasitələrinə yol
verirsiniz.
- Hərəkət etdiyiniz yolun sonundakı
yolayrıcında “Yol verin” nişanı
quraşdırılıbsa, siz müvafiq yerdə
dayanaraq kəsişən yolda hərəkətdə
olan nəqliyyat vasitələrinin olmadığı
qənaətindəsinizsə, yolayrıcında
dayanmadan hərəkətinizi getmək
istədiyiniz istiqamətdə davam
etdirirsiniz.
- Hərəkət etdiyiniz yolun sonundakı
yolayrıcında “Dayanmadan keçmək
qadağandır” nişanı quraşdırılıbsa, siz
kəsişən yolda hərəkətdə olan NV-nin
olub-olmamasından asılı olmayaraq
müvafiq yerdə mütləq qaydada
dayanırsınız və heç bir təhlükə
olmadığına əmin olduqdan sonra
nəzərdə tutduğunuz istiqamətdə
hərəkətinizi davam etdirirsiniz.
|