qurtaracağı nişanları yaşayış məntəqələrində
hərəkət qaydalarını tənzimləyən tələblərin tətbiq
olunduğunu bildirir.
12. ( ) Servis nişanları yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir. 13. ( ) Əlavə məlumat nişanları birlikdə tətbiq olunduğu nişanların təsirini məhdudlaşdırmır. 14. ( ) Yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkət iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. 15. ( ) Nizamlayıcının bütün NV sürücülərinə və piyadalara aid olan təkcə bir siqnalı var. 16. ( ) İşıqforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol hərəkəti iştirakçıları (YHİ) üçün məcburidir |
|
3. Boşluqları doldurmaq |
Aşağıdakı cümlələri oxuyun və boşluqlara uyğun
gələn sözləri daxil edin:
1.Müxtəlif qruplardan toplanmış üstünlük nişanlarından başqa, hər qrup yol nişanının özünə məxsus ............ və forması var. 2. Sürücü NV-ni nizamlayıcının göstərdiyi yerdə ................ 3. Dəmir yol keçidinin qarşısında qoyulmuş dairəvi ağ-sarımtıl siqnal NV-nin .................. keçib getməsinə icazə verir. 4. İşıqforun əlavə bölməsinin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin ................. olmasını bildirir. 5. Nizamlayıcının konkret NV-si və piyadalara aid olan siqnalları “Sürəti artırın”, “Sürəti azaldır” və “...............” siqnalları var. 6. 1.11 nişanlamasını ancaq ................. xətt tərəfdən kəsib keçməyə icazə verir. |