Şəkil 11. Svetoforların növləri
III. İşıqforun dairəvi siqnallarının aşağıdakı mənaları var:
1) Yaşıl rəngli işığın yanması - bu siqnal hərəkətə icazə verir;
2) Yaşıl rəngli işığın yanıb- sönməsi - bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun
vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan
müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər);
3) Sarı rəngli işığın yanması - bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların
dəyişəcəyi barədə xəbərdarlıq edir;
4) Sarı rəngli işığın yanıb-sönməsi - hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının
və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir;
5) Qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi - bu siqnal hərəkəti qadağan edir;
6) Qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması - bu siqnal hərəkəti qadağan edir
və tezliklə yaşıl siqnalın yanacağını bildirir.
IV. İşıqforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli
dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən
istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə icazə verən ox, müvafiq yol
nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda geriyə dönməyə də icazə verir.
Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavə bölmənin işığının sönməsi bu
bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir.
V. İşıqforun əsas yaşıl işığının üstünə qara konturlu ox (oxlar) çəkilmişsə, bu, sürücülərə
işıqforun əlavə bölməsinin olduğunu bildirir və əlavə bölmənin işığında göstəriləndən
fərqlənən digər istiqamətlərdə hərəkətə icazə verir.
VI. İşıqforun işığı piyada (velosiped) silueti şəklindədirsə, onun qüvvəsi yalnız piyadalara
(velosipedçilərə) şamil edilir. Bu zaman yaşıl işıq piyadaların (velosipedçilərin)
hərəkətinə icazə verir, qırmızı işıq isə onların hərəkətini qadağan edir. Velosipedçilərin
hərəkətini nizamlamaq üçün həmçinin dairəvi işıqları olan kiçik ölçülü svetoforlardan da
istifadə edilə bilər; həmin svetoforlara üzərində qara rəngli velosiped təsviri olan 200x200
mm ölçüdə ağ rəngli düzbucaqlı lövhə əlavə olunur.