a) "Sürəti azaldın" siqnalı nizamlayıcı əl ilə yuxarı-aşağı hərəkətlər edərsə, hərəkətə
icazə verilən istiqamətlərdə sürücüdən öz nəqliyyat vasitəsinin sürətini azaltmasını tələb
edir;
b) "Sürəti artırın" siqnalı nizamlayıcı əli ilə üfüqi vəziyyətdə (saat əqrəbi istiqamətində)
dairəvi hərəkətlər edərsə, hərəkətə icazə verilən istiqamətlərdə sürücüdən öz nəqliyyat
vasitələrinin sürətini artırmaq, piyadalardan isə yolu keçməsini tezləşdirməyi tələb edir;
v) "Dayanın" siqnalı nizamlayacı tərəfindən hər hansı nəqliyyat vasitəsinə tərəf
yönəldilmişdirsə, onun sürücüsündən öz nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin
kənarında dayandırmasını tələb edir.
III. Müstəsna hallarda (yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə təxirə
salınmayan tədbirlərin görülməsi üçün zərurət yaranarsa) nizamlayıcı bu maddənin ikinci
hissəsində göstərilən siqnalların mənalarından fərqli olaraq yol hərəkəti iştirakçılarına
aydın olan digər siqnalları verə bilər.
IV. Bu maddədə nəzərdə tutulmuş siqnalları verərkən nizamlayıcı fitdən də istifadə edə
bilər.
V. Nizamlayıcı elə yerdə dayanmalı və elə təchiz edilməlidir ki, yol hərəkəti iştirakçıları
onun tərəfindən verilən siqnalları sutkanın işıqlı və qaranlıq vaxtı seçə bilsinlər. Bu
məqsədlə sutkanın qaranlıq vaxtında nizamlayıcı işıq düşən yerdə dayanmalıdır və ya
istifadə edilən jezl işıq saçan və yaxud işıq verən olmalıdır.
İşıqforun siqnalları:
I. Yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün
işıqforlardan istifadə olunur. İşıqforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı
və ağ-sarımtıl rənglər tətbiq edilir.
II. Təyinatından asılı olaraq işıqfor siqnalları dairəvi formalı, ox (oxlar), piyadanın və ya
velosipedin silueti şəklində və X formalı ola bilər. Dairəvi siqnallı işıqforların yaşıl ox
(oxlar) şəklində bir və ya iki əlavə bölməsi ola bilər: həmin bölmələr dairəvi yaşıl siqnalın
səviyyəsində yerləşdirilir.