2) 1.2 - avtomagistrallarda hərəkət hissəsinin kənarını göstərir (enli bütöv xətlər);
3) 1.3 - dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını
ayırır;
4) 1.4 - 3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma qadağan olunan yerləri bildirir və
hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir;
5) 1.5 - iki və ya üç zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır, bir
istiqamətdə hərəkət üçün iki və daha çox zolaq olduqda, hərəkət zolaqlarının sərhədlərini
göstərir;
6) 1.6 - əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11
nişanlanma xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir (yaxınlaşma xətti - cizgilərinin
uzunluğu onların aralarındakı məsafədən üç dəfə böyük olan qırıq xətlər);
7) 1.7 - yolayrıcının hüdudlarında hərəkət zolaqlarını göstərir (cizgiləri qısa və onların
aralarındakı məsafə cizginin uzunluğuna bərabər olan qırıq xətlər);
8) 1.8 - sürətləndirmə və ya tormozlama zolağı ilə yolun hərəkət hissəsinin əsas zolağı
arasında sərhədi göstərir (enli qırıq xətlər müxtəlif səviyyələrdəki yolayrıclarında,
kəsişmələrdə, avtobus dayanacaqları zonasında və sair yerlərdə);
9) 1.9 - reversiv hərəkətlə nizamlanma tətbiq edilən hərəkət zolaqlarının sərhədlərini
göstərir, qarşılıqlı hərəkətlə nizamlanma tətbiq olunan yollarda əks istiqamətli (qarşılıqlı
hərəkət işıqforları söndürülən zaman) nəqliyyat axınlarını ayırır;
10) 1.10 - 3.28, 5.40 nişanları ilə birlikdə tətbiq edildikdə duracağın qadağan olunduğu
yerləri bildirir və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir;
11) 1.11 - yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və
ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə
verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə
tutulmuş yerləri göstərir;
12) 1.12 (stop-xətt) - 2.5 nişanı olduqda və ya işıqforun (nizamlayıcının) qadağan siqnalı
verildikdə, sürücünün dayanmalı olduğu yeri göstərir;
13) 1.13 - kəsişən yolla hərəkət edən nəqliyyat vasitələrinə yol vermək üçün sürücünün
lazım gəldikdə, dayanmalı olduğu yeri göstərir;
14) 1.14.1 - nizamlanmayan piyada keçidini, 1.14.2 - piyadaların hərəkət istiqamətini,
1.14.3 - hərəkətin svetoforla nizamlandığı piyada keçidini göstərir;
15) 1.15 - velosiped yolunun yolun hərəkət hissəsi ilə kəsişdiyi yeri göstərir;
16) 1.16.1-1.16.3 - nəqliyyat axınlarının ayrıldığı və ya birləşdiyi yerlərdə
istiqamətləndirici adacıqları göstərir;
17) 1.17 - ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarını və taksi
duracaqlarını göstərir;
18) 1.18 - yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir,
müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş
nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar
zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə
verir;
19) 1.19 - yolun hərəkət hissəsinin daralan sahəsinə (həmin istiqamətdə zolaqların
sayının azaldığı sahəyə), yaxud əks istiqamətlərdə nəqliyyat axınlarını ayıran 1.1 və 1.11 nişanlama
xətlərinə