b) Köndələninə (1.12-1.15);
v) Digərləri (1.16.1-1.24);2) Şaquli.
V. Yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar
edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya
tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir.
V. Yolun üfüqi nişanlanması müəyyən hərəkət rejimini və hərəkət tərzini müəyyən
etməklə, yolun hərəkət hissəsinə, sarı rənglə olan 1.4, 1.10 və 1.17 xətləri istisna
olunmaqla, ağ rəngdə çəkilir.
YOLLARIN NİŞANLANMASI
1. ÜFÜQİ NİŞANLANMASI
VI. Üfüqi nişanlanma xətləri aşağıdakılardır:
1) 1.1 - əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət
zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini,
nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən
yolların hərəkət hissəsinin kənarlarını göstərir;