müxtəlif fonları var. Yaşıl fon avtomagistral, göy
fon bütün başqa avtomobil yolları deməkdir. İşarələrin sarı fonu yolun təmir olunan
hissələrinin yanından keçmə üçün tətbiq olunur. Ağ fonu olan 5.22 və 5.23 nişanları
yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin tətbiq
olunduğunu, göy fonu olan 5.24 və 5.25 nişanları yaşayış məntəqələrində hərəkət
qaydalarını tənzimləyən müvafiq tələblərin bu yolda tətbiq olunmadığını göstərir.
III. 5.40, 5.42, 5.44, 5.46 yol nişanları müvafiq zonanın başladığı yerdə, 5.41, 5.43, 5.45,
5.47 yol nişanları həmin zonanın qurtardığı yerdə quraşdırılır. 5.40, 5.42, 5.44, 5.46 yol
nişanları müvafiq zonada yerləşən bütün yollarda qüvvədə olur
IV. Qəza dayanacağı yerləri təcili rabitə telefonu və ya yanğınsöndürənlə təchiz edildikdə
5.48.1 və 5.48.2 "Qəza dayanacağı yeri" yol nişanlarının aşağı hissəsində müvafiq
olaraq 6.17 və 6.18 yol nişanları quraşdırılır.
V. 5.49.1, 5.49.2 və 5.49.3 yol nişanları tunellərdə maksimum 50 metr bir-birindən aralı
olmaqla 1-1,5 metr hündürlükdə yan divarlarda quraşdırılır və qəza çıxışlarının
istiqamətini və məsafəsini göstərir.
VI. 5.50.1, 5.50.2 və 5.50.3 yol nişanları avtomagistraldan çıxış yerlərinədək olan
məsafəni göstərir.
Servis nişanları:
I. Servis nişanları yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir.
II. Servis nişanlarının düzbucaq forması, enli mavi haşiyəsi var. Müvafiq rəmzlər ağ fon
üzərində təsvir olunur. Servis nişanları yaşayış məntəqələrində bilavasitə obyektlərin
yanında və ya onlara dönəcək yerlərdə quraşdırılır. Yaşayış məntəqələrindən kənar
yollarda nişanlar əvvəlcədən göstərilən obyektdən 60-80 kilometr, 15-20 km və 400-800
metr aralıda quraşdırılır. Yaşayış məntəqələrinin yollarında onları əvvəlcədən,
göstəriləcək obyektlərdən 100-150 metr aralı məsafədə və onlara yaxın dönəcək
yerlərdə quraşdırırlar.