1) 3.2-3.8 - işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə bu sahədə
yaşayan və ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan nəqliyyat
vasitələrinə. Belə hallarda nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın
olan yolayrıcından girib-çıxmalıdır;
2) 3.2, 3.28-3.30 - I və II qrup əlillərin idarə etdiyi tanınma nişanına malik nəqliyyat
vasitələrinə;
3) 3.18.1, 3.18.2 nişanlarının qüvvəsi, qarşısında nişan qoyulmuş yolun hərəkət
hissəsinin kəsişmə yerinə aiddir.
VI. 3.16, 3.20, 3.22, 3.24, 3.26-3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən
yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış
məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl,
meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmuş digər ikinci dərəcəli yollarda
kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir.
VII. 5.22 nişanı ilə işarələnən yaşayış məntəqəsindən qabaqda qurulmuş 3.24 nişanı
həmin nişana qədər qüvvədə olur.
VIII. Nişanların qüvvədə olduğu sahə aşağıdakı üsullarla azaldıla bilər:
1) 3.16 və 3.26 nişanları üçün - 7.2.1 lövhəciyi tətbiq etməklə;
2) 3.20, 3.22, 3.24 nişanları üçün - onların qüvvədə olduğu sahənin qurtaracağında
müvafiq olaraq 3.21, 3.23, 3.25 nişanları qoymaqla və ya 7.2.1 lövhəciyi tətbiq etməklə.
3.24 nişanının qüvvədə olduğu sahəni maksimum hərəkət sürətinin başqa kəmiyyəti
göstərilən 3.24 nişanı qoymaqla azaltmaq olar;
3) 3.27-3.30 nişanları üçün - onların qüvvədə olduğu sahənin qurtaracağında 3.27-3.30
nişanlarını 7.2.3 lövhəciyi ilə təkrarən qoymaqla və ya 7.2.2 lövhəciyi tətbiq etməklə, 3.27
nişanı 1.4 nişanlama xətti ilə birlikdə; 3.28 nişanı isə 1.10 nişanlama xətti ilə birlikdə
tətbiq edilə bilər: bu zaman nişanların qüvvədə olduğu sahə nişanlama xəttinin uzunluğu
ilə müəyyənləşdirilir.
IX. 3.10, 3.27-3.30 qadağan nişanlarının qüvvəsi yolun yalnız nişan qurulmuş tərəfinə
şamil edilir.
Məcburi hərəkət istiqaməti nişanları:
I. Məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə
verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də
piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir.
II. Bu nişanların dairəvi forması və mavi fonu var.
III. 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə
hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir.
IV. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin
kəsişmə yerinə şamil edilir.
V. Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər
qüvvədə olur. Bu nişan həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa
dönməyi qadağan etmir. 4.4 nişanı minik avtomobillərinin, avtobusların, motosikletlərin,
və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərinin
hərəkətinə icazə verir. Bu nişan işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən,
habelə həmin sahədə yaşayan vətəndaşlara xidmət edən və ya məxsus olan