III. Xəbərdarlıq nişanlarını hərəkətin icazə verilmiş sürətindən, görünmə şəraitindən və
onların yerləşdirilməsi imkanından asılı olaraq yaşayış məntəqələrindən kənarda,
təhlükəli sahələrin başlanğıcından 150-300 metr, yaşayış məntəqələrində isə 50-100
metr aralıda quraşdırırlar. Zərurət olduqda bu nişanlar başqa məsafədə də quraşdırıla
bilər. Bu halda təhlükəli sahəyə qədər yolayrıcı varsa, bu yolayrıcından sonra təkrar
nişan 7.1.1 lövhəciyi ilə quraşdırılır. Bundan başqa, kəsişən (və ya birləşən) yolda
yolayrıcından 50 metr məsafədə 7.1.3 və ya 7.1.4 lövhəciklərindən biri ilə birlikdə belə
xəbərdarlıq nişanı quraşdırıla bilər.
IV. Xəbərdarlıq nişanlarını:
1) Yolun hərəkət hissəsində qısamüddətli işlər aparılarkən 1.23 nişanı işlərin aparıldığı
yerə 10-15 metr qalmış (7.1.1 lövhəciyi olmadan);
2) Enişlər və yoxuşlar bir-birinin ardınca gəlirsə, 1.13 və 1.14 nişanları 7.1.1 lövhəciyi
olmadan, enişin və ya yoxuşun başlanğıcında;
3) Yaşayış məntəqələrindən kənarda 1.1, 1.2, 1.9, 1.10, 1.21 və 1.23 nişanları
təkrarlanırsa, ikinci nişan təhlükəli sahənin başlanmasına azı 50 metr qalmış;
4) 1.3.1 və 1.3.2 nişanları bilavasitə dəmir yol keçidinin qabağında quraşdırılır.
Üstünlük nişanları:
I. Üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks
istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan
verməyən dar sahələrini keçmək növbəliliyini göstərir.
II. Üstünlük nişanları başqa qruplardan toplandığına görə vahid forma və rəng fonuna
malik deyildir.
2. ÜSTÜNLÜK NİŞANLARI
Qadağan nişanları:
I. Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər
qoyur, yaxud ləğv edir
II. Onların dairəvi forması, ağ fonu, 3.27-3.30 işarələrinin mavi və qırmızı haşiyəsi var.
3.1, 3.21, 3.23, 3.25 və 3.31 nişanlar rəngli tərtibatla fərqlənir
III. Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin
bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Qadağan nişanları
əvvəlcədən 7.1.1 lövhəciyi ilə quraşdırıla bilər.