VIII. Yol nişanlarının qavranması üçün münasib şəraitin yaradılmasının təmin olunması
məqsədilə, onlar dəqiq müəyyənləşdirilmiş yerdə yolun hərəkət hissəsinə nisbətən
yerləşdirilir.
Xəbərdarlıq nişanları:
I. Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən
yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti
iştirakçılarına məlumat verir.
II. Xəbərdarlıq nişanlarının əsas fərqləndirici əlamətləri (1.3, 1.4 və 1.31 qrupları istisna
olmaqla) onların ağ fonlu üçbucaqlı və qırmızı haşiyəli formasıdır. Onlar heç bir
məhdudiyyət nəzərdə tutmurlar. Lakin belə nişanları görən sürücü diqqətini artırmalı və
şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır olmalıdır
1. XƏBƏRDARLIQ NİŞANLARI