Diqqət edilməli məqamlar!!!
|
- İşlərin yerinə yetirilməsi zamanı kabinədəki
siqnalötürücülərin də işinə ciddi
yanaşmalısınız.
|
Praktik tapşırıq B.5.3 – Traktorun səpin maşını ilə tarlada idarə olunmasına
dair
tapşırıqların yerinə yetirilməsi
İstifadə edilməli resurslar:
- İş paltarı;
- İstifadə etmək üçün təlimat;
- Traktor, səpin maşını və işlərin icra olunacağı sahə.
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Traktorun səpin maşını ilə tarlada
idarə olunmasına dair tapşırıqların
yerinə yetirilməsi
|
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına əməl edin.
- Traktorun səpin maşını ilə tarlada idarə
olunmasına dair tapşırıqların yerinə yetirilməsini
təlimatın tələblərinə uyğun icra edin.
- Çalışmalısınız ki, tapşırığın tələblərini
maksimum dəqiqliklə yerinə yetirəsiniz.
|
Təlim nəticələrinə nail olmaq üçün
tələb olunan praktiki tapşırıqlar
|
- Traktorun səpin maşını ilə tarlada idarə
olunmasına dair tapşırıqların yerinə yetirilməsi
qaydalarını şifahi söyləyirsiniz.
- Traktoru və səpin maşınını nəqliyyat
vəziyyətində sahəyə gətirirsiniz.
- Bundan sonra traktorla səpin maşınını bütün
normalara əməl etməklə aqreqatlaşdırısınız.
- İşə başlamazdan əvvəl sahənin sahibindən -
fermerdən görüləcək iş haqda ətraflı məlumat
alırsınız.
- Fermer görüləcək iş ilə əlaqədar sizin
qarşınızda hansı tələbləri qoyur, siz bu tələbləri
necə qarşılayırsınız?
- Səpin maşınını bir daha fermerin söylədiyi
normaya nizamlayırsınız.
- Gördüyünuz işin aqrotexniki normalara uyğun
olması üçün fermer qarşısında bir daha
məsuliyyət daşıdığınızı başa düşdükdən sonra
işə start verirsiniz.
- Sahədə hərəkət edərkən işin xarakterinə uyğun
sürət seçməlisiniz.
- Bu sürət elə olmalıdır ki,siz bu sürətlə bir gedişə
cərgənin sonuna qədər gedə biləsiniz.
|