Təlim nəticələrinə nail olmaq üçün
tələb olunan praktiki tapşırıqlar
|
- Traktorun kultivator-malalarla
aqreqatlaşmasının tarlada idarə olunmasına
dair qaydaları şifahi söyləyirsiniz.
- Traktoru və kultivator-malaları nəqliyyat
vəziyyətində sahəyə gətirirsiniz.
- İşə başlamazdan əvvəl sahənin sahibindən -
fermerdən görüləcək iş haqda ətraflı
məlumat alırsınız.
- Fermer görüləcək işlə əlaqədar sizin
qarşınızda hansı tələbləri qoyur, siz bu
tələbləri necə qarşılayırsınız?
- Kultivator-malaları bir daha fermerin söylədiyi
normaya nizamlayırsınız.
- Gördüyünuz işin aqrotexniki normalara
uyğun olması üçün fermer qarşısında bir
daha məsuliyyət daşıdığınızı başa
düşdükdən sonra işə start verirsiniz.
- Sahədə hərəkət edərkən işin xarakterinə
uyğun sürət seçməlisiniz.
- Bu sürət elə olmalıdır ki,siz bu sürətlə bir
gedişə cərgənin sonuna qədər gedə biləsiniz.
- Bir gedişdən sonra sona çatanda işçi maşını
cəld nəqliyyat vəziyyətinə gətirirsiniz.
- Yalnız bundan sonra manevr qaydalarına
əməl etməklə manevr edərək kultivatormalaları
markerin qoyduğu izə əsaslanaraq
əvvəlki gedişin əksi istiqamətində sahəyə
daxil olursunuz.
- Müəyyən vaxtdan bir və ya bir neçə gediş
sonra deyilən qaydada manevr edərək
növbəti gedişə başlamazdan əvvəl sahənin
kənarında traktoru saxlamalı, traktordan
enərək bu vaxta qədər görülən işləri sahəyə
daxil olaraq nəzərdən keçirməlisiniz.
- Yoxlama zamanı hər hansı bir əskiklik aşkar
etdikdə, bu çatışmazlığın aqreqatda nə
səbəbdən baş verdiyini araşdırırsınız, bərpa
edirsiniz, yalnız bundan sonra işləri icra
etmək üçün yenidən sahəyə daxil ola
bilərsiniz.
- İşləri sona qədər bu cür ardıcıllıqla yerinə
yetirərək sona çatdırırsınız.
|