Təlim nəticələrinə nail olmaq üçün
tələb olunan praktiki tapşırıqlar
|
- Traktorla hərəkətdə olarkən sağa və ya sola
manevrlərin yerinə yetirilməsinə dair
tapşırıqların icrasını şifahi söyləyirsiniz.
- Sağa və ya sola dönmə manevrlərinə
başlamazdan əvvəl müvafiq istiqamətə
dönmək üçün xarici işıq cihazlarının köməyi
ilə, bunlar nasaz olduqda, əl işarələri ilə
siqnal verməlisiniz.
- Dönmə göstəricilərini manevrə başlamazdan
əvvəl veririsiniz, manevr qurtardıqdan sonra
isə dərhal kəsirsiniz.
- Dönmə göstəricilərini əllə vermisinizsə,
manevrə başlamazdan əvvəl kəsirsiniz.
- Verdiyiniz siqnallarla sürücüləri
çaşdırmamağa çalışmalısınız.
- Əmin olmadan siqnal verməyiniz sizə
üstünlük qazandırmır və sizi təhlükəsizlik
tədbirləri görməkdən azad etmir.
- Sağa dönərkən müvafiq sağ zolağı
tutduqdan sonra dönəcəyiniz hərəkət
hissəsinin də sizə yaxın sağ zolağına daxil
olmalısınız.
- Sola dönmələrdə isə qaydalara əsasən
dönəcəyiniz və gedəcəyiniz istiqamətdə
zolaqların sayı çoxdursa, bütün zolaqlara
daxil ola bilərsiniz, lakin siz traktoru idarə
etdiyinizə görə məsləhətdir ki, sola dönərkən
döndüyünüz HH-də sağ zolağa daxil
olasınız.
|