Diqqət edilməli məqamlar!!!
|
- Sürücü sürət seçərkən apardığı yükün də
xüsusiyyətlərini nəzərə almalıdır.
|
Praktik tapşırıq B.4.2 – Traktorun intensiv hərəkət olan yollarda idarə
olunmasına dair
tapşırıqların yerinə yetirilməsi
İstifadə edilməli resurslar:
- İş paltarı;
- İstifadə etmək üçün təlimat;
- İntensiv nəqliyyat axını və traktor.
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Traktorun intensiv hərəkət olan yollarda
idarə olunmasına dair tapşırıqların
yerinə yetirilməsi
|
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına əməl edin.
- Traktorun intensiv hərəkət olan yollarda
idarə olunmasına dair tapşırıqların yerinə
yetirilməsini təlimatın tələblərinə uyğun icra
edin.
- Çalışmalısınız ki, tapşırığın tələblərini
maksimum dəqiqliklə yerinə yetirəsiniz.
|
Təlim nəticələrinə nail olmaq üçün
tələb olunan praktiki tapşırıqlar
|
- Traktorun intensiv hərəkət olan yollarda
idarə olunmasına dair tapşırıqların yerinə
yetirilməsi qaydalarını şifahi söyləyirsiniz.
- Traktoru hərəkət hissəsinin mümkün qədər
sağ zolağında yerləşdirirsiniz.
- Nəqliyyat axınının orta sürətinə uyğun, lakin
saatda 30 km-dən artıq olmamaq şərtilə
sürət seçirsiniz.
- Kəskin sürət artımına və kəskin
tormozlamalara yol vermirsiniz.
- Yerdəyişmələr və dönmələr zamanı dönmə
göstəricilərinin vaxtında işə qoşulmasını və
manevr bitdikdən sonra işdən ayrılmasını
təmin edirsiniz.
- Digər NV-lər yerdəyişmələr edərkən onlar
üçün əsassız maneə yaratmamalısınız.
|
Diqqət edilməli məqamlar!!!
|
- Sağa dönərkən ən yaxın sağ zolağa daxil
olmağını yadda saxlayın.
|
Praktik tapşırıq B.4.3 – Traktorla hərəkətdə olarkən sağa və ya sola manevrlərin
yerinə yetirilməsinə dair tapşırıqların icrası