Sıx (intensiv) nəqliyyat axınında NV-nin zolaqdan-zolağa keçmələri, hərəkət sürətləri məhdudlaşır. Sıx nəqliyyat axınında hərəkətin çətinliklərindən biri də NV-nin bir-birinə çox sıx yerləşməsidir. Belə halda seçilən sürət nəqliyyat axınının orta sürətinə bərabər götürülməlidir. Sıx axında hərəkət zamanı sürücülərin hərəkət üçün bir-birinə əsassız maneə və təhlükə yaratmaları yolverilməzdir.
Sıx nəqliyyat axınında hər bir manevr əhəmiyyətli dərəcədə mürəkkəb hesab edilir. Yerdəyişmə və dönə bilmə imkanlarını dəqiq qiymətləndirmək lazımdır. Sürücülər yalnız təhlükəsizlik təmin edildikdən sonra nəzərdə tutulmuş manevrləri yerinə yetirə bilərlər.
Hərəkətdə olan NV-lər özlərindən qabaqda hərəkətdə olan NV-dən elə ara məsafəsi (distansiya) saxlamalıdırlar ki, onların tez-tez tormozdan istifadəyə ehtiyacları qalmasın.
Bunlarla bərabər, traktorları və digər mexaniki NV-ləri idarə edən sürücülər küçə və yollarda quraşdırılmış yol nişanlarını, nişanlama xətlərini, işıqforun və ya nizamlayıcının siqnallarını və s. yol hərəkəti qaydalarını məsuliyyətlə yerinə yetirməlidirlər.
Hərəkətin bu cür seçilməsi və idarə olunması digər mexaniki NV-lərə də aiddir.
Qiymətləndirmə üsulu | Suallar |
1. Test sualları | - |
2. Düzgün və ya səhv cavabları seçmək | Aşağıdakı cümlələrin əvvəlində boşluğa düzgün (+) və ya
səhv (-) olduğunu işarə edin:
1. ( ) Sıx nəqliyyat axınında hər bir manevr əhəmiyyətli dərəcədə mürəkkəb hesab edilmir. 2. ( ) Sıx nəqliyyat axınında hər bir manevr əhəmiyyətli dərəcədə mürəkkəb hesab edilir. 3. ( ) İntensiv nəqliyyat axınında NV-nin zolaqdan-zolağa keçmələri aktivləşir. 4. ( ) Sürücülər yerdəyişmələr zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən NV-yə yol verməlidirlər. 5. ( ) Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, zolaqlar üzrə istiqamətləri bildirən nişan və ya nişanlamalar olmadıqda sola və geriyə dönərkən tramvay yollarına çıxmaq lazım deyil. |
3. Boşluqları doldurmaq | Aşağıdakı cümlələri oxuyun və boşluqlara uyğun gələn
sözləri daxil edin:
1. sürücülər manevrləri nə qədər təhlükəsiz yerinə yetirməyə səy göstərsələr də, bəzən ............ qaçılmaz olur. |