|
- Aşağı sürəti qoşmaqla qoşqunun hidravlik
sisteminin işini sınaqdan keçirirsiniz.
- Əvvəlcə kiçik və tədricən artan sürətlərlə
traktoru qoşqu ilə təlim meydançasında irəli
istiqamətdə idarə edirsiniz.
- Yeri gəldikcə müxtəlif xarakterli manevrlər
edirsiniz.
- Bir neçə dəfə də geriyə ötürməni qoşaraq
traktoru qoşqu ilə birlikdə geriyə hərəkət
etdirirsiniz.
Geriyə hərəkət zamanı da müxtəlif xarakterli
manevrlər edirsiniz.
|
Diqqət edilməli məqamlar!!!
|
- Qoşulmanın mükəmməl olmasına diqqət
yetirin.
|
Praktik tapşırıq B.3.6 – Traktorun gücayırma valından hərəkət alan aqreqatların
traktorlara qoşulmasına dair tapşırıqlarının yerinə yetirilməsi
İstifadə edilməli resurslar:
- İş paltarı;
- İstifadə etmək üçün təlimat;
- Xüsusi təlim meydançası;
- Traktor və qoşqu.
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Traktorun gücayırma valından
hərəkət alan aqreqatların
traktorlara qoşulmasına dair
tapşırıqların yerinə yetirilməsi
|
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına əməl edin.
- Traktorun gücayırma valından hərəkət alan
aqreqatların traktorlara qoşulmasına dair
tapşırıqların yerinə yetirilməsini təlimatın
tələblərinə uyğun yerinə yetirin.
- Çalışmalısınız ki, tapşırığın tələblərini
maksimum dəqiqliklə yerinə yetirəsiniz.
|
Təlim nəticələrinə nail olmaq üçün tələb olunan
praktiki tapşırıqlar
|
- Traktorun gücayırma valından hərəkət alan
aqreqatların traktorlara qoşulmasına dair
tapşırıqların yerinə yetirilməsi qaydalarını şifahi
söyləyirsiniz.
- Gücayırma valından hərəkət alan areqatın
mərkəzi oxu ilə traktorun mərkəzi oxunun
mövqelərini eyniləşdirməkdən ötrü traktoru irəli-geri
hərəkət etdirərək eyniləşdirirsiniz.
- Bu əməliyyatın vərdiş halı almasından ötrü bir
neçə dəfə təkrar edirsiniz.
- Aqreqatı köməkçilərin iştirakı ilə traktorun qoşqu qurğusu ilə uyğun yerdən qoşmaqla
birləşdirirsiniz.
|