|
- Qoşqunun mərkəzi oxu ilə traktorun
mərkəzi oxunun mövqelərini
eyniləşdirməkdən ötrü traktoru irəli-geri
hərəkət etdirərək eyniləşdirirsiniz.
- Bu hərəkəti bir neçə dəfə
təkrarlayırsınız.
- Qoşqunu köməkçilərin iştirakı ilə
traktorun qoşqu birləşəcək tərtibatından
asırsınız
|
Diqqət edilməli məqamlar!!!
|
- Traktorun hidravlik sistemindəki işçi
mayenin həcminin yetərli olmasını
diqqətdə saxlayın.
|
Praktik tapşırıq B.3.4 – Traktorun qoşqu ilə qoşulması tapşırıqlarının yerinə
yetirilməsi
İstifadə edilməli resurslar:
- İş paltarı;
- İstifadə etmək üçün təlimat;
- Xüsusi təlim meydançası;
- Traktor və qoşqu.
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Traktorun qoşqu ilə qoşulması
tapşırıqlarının yerinə yetirilməsi
|
- İş paltarını geyinin
- Əməyin təhlükəsizliyi qaydalarına əməl edin.
- Traktorun qoşqu ilə qoşulmasına dair
tapşırıqların yerinə yetirilməsini təlimatın
tələblərinə uyğun yerinə yetirin.
- Çalışmalısınız ki, tapşırığın tələblərini
maksimum dəqiqliklə yerinə yetirəsiniz.
|
Təlim nəticələrinə nail olmaq üçün
tələb olunan praktiki tapşırıqlar
|
- Traktorun qoşqu ilə qoşulması tapşırıqlarının
yerinə yetirilməsi qaydalarını şifahi söyləyirsiniz.
- Qoşqunun mərkəzi oxu ilə traktorun mərkəzi
oxunun mövqelərini eyniləşdirməkdən ötrü
traktoru irəli-geri hərəkət etdirərək
eyniləşdirirsiniz.
- Bu əməliyyatın vərdiş halı almasından ötrü bir
neçə dəfə təkrar edirsiniz.
- Aqreqatı köməkçilərin iştirakı ilə traktorun qoşqu
qurğusu ilə uyğun yerdən qoşmaqla
birləşdirirsiniz.
- Əgər qoşulan aqreqatın işçi orqanları hidravlik
idarə olunandırsa, onda onun işçi orqanlarının
hidravlik şlanqlarını traktorun hidravlik sistemi ilə
birləşdirirsiniz.
|