|
- Bu halda traktorun hidravlik sistemindəki işçi
mayenin həcminin yetərli olmasını diqqətdə
saxlamalısınız.
- Aqreqatın işıq cihazlarının baza maşınının
elektrik şəbəkəsinə qoşulmasını təmin
edirsiniz.
- Aşağı sürəti qoşmaqla qoşqunun hidravlik
sisteminin işini sınaqdan keçirirsiniz.
|
Diqqət edilməli məqamlar!!!
|
- Qoşulmanın mükəmməl olmasına diqqət
yetirin.
|
Praktik işə dair fotoillüstrasiya |
|
Praktik tapşırıq B.3.3 – Traktorun qoşqu ilə qoşulması üçün qoşquya
yaxınlaşması tapşırıqlarının yerinə yetirilməsi
İstifadə edilməli resurslar:
- İş paltarı;
- İstifadə etmək üçün təlimat;
- Xüsusi təlim meydançası;
- Traktor və qoşqu
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Traktorun qoşquya yaxınlaşması
tapşırıqlarının yerinə yetirilməsi |
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına əməl
edin.
- Traktorun qoşquya yaxınlaşmasına
dair tapşırıqların yerinə yetirilməsini
təlimatın tələblərinə uyğun yerinə
yetirin.
- Çalışmalısınız ki, tapşırığın tələblərini
maksimum dəqiqliklə yerinə yetirəsiniz.
|
Təlim nəticələrinə nail olmaq üçün tələb
olunan praktiki tapşırıqlar |
- Traktorun qoşquya yaxınlaşması
qaydalarını şifahi söyləyirsiniz.
- Traktorun arxasını qoşulacaq qoşquya tərəf mövqeyə gətirirsiniz.
|