Praktik işə dair fotoillüstrasiya |
|
Praktik tapşırıq B.3.2 – Traktorun asma tipli aqreqatlara qoşulması
tapşırıqlarının yerinə
yetirilməsi
İstifadə edilməli resurslar:
- İş paltarı;
- İstifadə etmək üçün təlimat;
- Xüsusi təlim meydançası;
- Traktor və qoşulan aqreqat.
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Traktorun asma tipli aqreqatlara
qoşulması tapşırıqlarının yerinə
yetirilməsi
|
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına əməl edin.
- Traktorun asma tipli aqreqatlarla qoşulmasına
dair tapşırıqların yerinə yetirilməsini təlimatın
tələblərinə uyğun yerinə yetirin.
- Çalışmalısınız ki, tapşırığın tələblərini
maksimum dəqiqliklə yerinə yetirəsiniz.
|
Təlim nəticələrinə nail olmaq üçün
tələb olunan praktiki tapşırıqlar
|
- Traktorun asma tipli aqreqatlarla qoşulması
tapşırıqlarının yerinə yetirilməsi qaydalarını
şifahi söyləyirsiniz.
- Aqreqatın mərkəzi oxu ilə traktorun mərkəzi
oxunun mövqelərini eyniləşdirməkdən ötrü
traktoru irəli-geri hərəkət etdirərək
eyniləşdirirsiniz.
- Aqreqatı köməkçilərin iştirakı ilə traktorun
qoşqu qurğusu ilə uyğun yerdən qoşmaqla
birləşdirirsiniz.
- Əgər qoşulan aqreqatın işçi orqanları
hidravlik idarə olunandırsa, onda onun işçi
orqanlarının hidravlik şlanqlarını traktorun
hidravlik sistemi ilə birləşdirirsiniz.
|