|
..................... bağlanılır.
4. Qoşulan aqreqatların idarə olunması sürücü tərəfindən
sürücünün ................................ həyata keçirilir.
5. Qoşqu quruluşunun bəndi, əsasən, oynaq və ya ...........
birləşdirilə bilər.
6. Qoşqular adətən yarımasılan və ............... olurlar.
7. Aşağı dartqılar oxa, mərkəzi dartqı isə ................
söykənir.
|
Praktik tapşırıqlar və fəaliyyətlər
Praktik tapşırıq B.3.1 – Traktorun asma tipli aqreqata yaxınlaşması
tapşırıqlarının
yerinə yetirilməsi
İstifadə edilməli resurslar:
- İş paltarı;
- İstifadə etmək üçün təlimat;
- Xüsusi təlim meydançası;
- Traktor;
- Asma tipli aqreqat.
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Traktorun asma tipli aqreqata
yaxınlaşması tapşırıqlarının
yerinə yetirilməsi
|
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına əməl edin.
- Traktorun asma tipli aqreqata yaxınlaşmasına dair
tapşırıqların yerinə yetirilməsini təlimatın tələblərinə
uyğun yerinə yetirin.
- Çalışmalısınız ki, tapşırığın tələblərini maksimum
dəqiqliklə yerinə yetirəsiniz.
|
Təlim nəticələrinə nail olmaq
üçün tələb olunan praktiki
tapşırıqlar
|
- Traktorun asma tipli aqreqata yaxınlaşması
qaydalarını şifahi söyləyirsiniz.
- Aqreqatın traktorun asma mexanizminə onun ön və
ya arxa hissəsindən qoşulacağını
müəyyənləşdirirsiniz.
- Müəyyən etdiniz ki, aqreqat traktora arxa hissədən
qoşulacaqdır.
- Traktorun arxasını qoşulacaq aqreqata tərəf
mövqeyə gətirirsiniz.
- Aqreqatın mərkəzi oxu ilə traktorun mərkəzi oxunun
mövqelərini eyniləşdirməkdən ötrü traktoru irəli-geri
hərəkət etdirərək eyniləşdirirsiniz.
- Aqreqatı köməkçilərin iştirakı ilə traktorun asma
mexanizmi ilə uyğun nöqtələrdən asılmağa
hazırlayırsınız.
|
Diqqət edilməli məqamlar!!!
|
- Traktorun hidravlik sistemindəki işçi mayenin
həcminin yetərli olmasını diqqətdə saxlayın.
|