-Nizamlanmayan yolayrıcı - nizamlayıcının olmadığı, işıqforun qurulmadığı və ya
söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır;
- Ayırıcı zolaq - yolun ayrılmış elementi olub, yanaşı yerləşən hərəkət hissələrini bir-birindən
ayıran, lakin nəqliyyat vasitələrinin, hərəkəti və ya dayanması, eləcə də
piyadaların hərəkəti üçün nəzərdə tutulmayan hissəsidir;
- Hərəkət zolağı - yolun hərəkət hissəsinin nişanlama xətti vasitəsilə bölünmüş, eni
avtomobillərin bir sırada hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağıdır;
- Səki - yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış,
piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir;
- Nəqliyyat vasitəsi - yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən
idarə edilən qurğu, habelə onun qoşqusudur (nəqliyyat vasitələri mexaniki və insanın,
yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinə bölünür);
Şəkil 3. Nəqliyyat vasitələri
- Mexaniki nəqliyyat vasitəsi - asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri
istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitəsidir;
Şəkil 4. Mexaniki nəqliyyat vasitələri
Qoşqu - mexaniki nəqliyyat vasitəsi ilə yedəyə alınmaq üçün nəzərdə tutulan hər hansı
nəqliyyat vasitəsidir;
- Yarımqoşqu - avtomobillərə birləşdirilmək üçün nəzərdə tutulan, bir hissəsi avtomobilə
söykənərək özünün və yükün kütləsinin xeyli hissəsini onun üstünə salan hər hansı
qoşqudur;
- Uzun ölçülü nəqliyyat vasitəsi - uzunluğu 24 metrdən çox olan nəqliyyat vasitəsidir;
- Özügedən maşınlar - tırtıllı traktorlar da daxil olmaqla tikintidə, meşə və kənd
təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitəsidir;
Şəkil 5. Özügedən
maşınlar