İstifadə edilməli resurslar:
- İş paltarı;
- İstifadə etmək üçün təlimat;
- Xüsusi təlim meydançası;
- Tırtıllı hərəkət hissəli traktor.
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Tıtıllı traktorun dəyişən sürətlə
sürülməsinə dair tapşırıqların
yerinə yetirilməsi
|
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına əməl edin.
- Tırtıllı traktorun dəyişən sürətlə sürülməsinə dair
tapşırıqların yerinə yetirilməsini təlimatın
tələblərinə uyğun yerinə yetirin.
- Çalışmalısınız ki, tapşırığın tələblərini
maksimum dəqiqliklə yerinə yetirəsiniz.
|
Təlim nəticələrinə nail olmaq
üçün tələb olunan praktiki
tapşırıqlar
|
- Tırtıllı traktorun dəyişən sürətlə sürülməsinə dair
qaydaları şifahi söyləyirsiniz.
- Traktorun mühərrikini işə salaraq normal
temperatura qədər qızdırırsınız.
- Ötürməni qoşmazdan əvvəl mühərrikin dövrlər
sayını artırırsınız.
- Aşağı ötürməni qoşursunuz.
- Ayağınızı ilişmə muftasının pedalından ehtiyatla
bir az boşaldırsınız və yüngül qaz verirsiniz.
- Traktor yerindən hərəkətə gəlir və bu ötürmə ilə
onu bir qədər irəli sürürsünüz.
- Yenidən qazı artıraraq ikinci ötürməni
qoşursunuz.
- İkinci ötürmə ilə bir az sürdükdən sonra yenidən
qazı artırırsınız və növbəti yuxarı ötürməni işə
qoşursunuz.
- Hər dəfə ötürməni aşağı ötürmədən yuxarı
ötürməyə keçirmək istədikdə hərəkətdə
olduğunuz ötürmədə keçmək istədiyiniz
ötürmənin sürətini yığdıqdan sonra növbəti
yuxarı ötürməni işə qoşursunuz.
- Yuxarı ötürmələrdən aşağı ötürmələrə keçmək
isə, o birinin əksinə aparılır.
|
Diqqət edilməli məqamlar!!!
|
- Ötürmələri dəyişərkən hərəkətdə olduğunuz
ötürmə ilə keçmək istədiyiniz ötürməyə uyğun
sürəti yığdıqdan sonra ötürməni qoşursunuz.
|