|
- Transmissiyanı işdən ayırırsınız və hərəkətə
başlama əməliyyatını yenidən təkrarlayırsınız ki,
bu, sizdə vərdiş halı alsın.
|
Diqqət edilməli məqamlar!!!
|
- Traktorun yerindən birdən tərpənməməsi üçün
mufta pedalını birdən boşaltmayın.
|
Praktik tapşırıq B.2.2 – Təkərli traktorların dəyişən sürətlərlə sürülməsinə
dair
tapşırıqların yerinə yetirilməsi
İstifadə edilməli resurslar:
- İş paltarı;
- İstifadə etmək üçün təlimat;
- Xüsusi təlim meydançası;
- Traktor.
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Təkərli traktorun dəyişən
sürətlə sürülməsinə dair
tapşırıqların yerinə
yetirilməsi
|
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına əməl edin.
- Təkərli traktorun dəyişən sürətlə sürülməsinə dair
tapşırıqların yerinə yetirilməsini təlimatın tələblərinə
uyğun yerinə yetirin.
- Çalışmalısınız ki, tapşırığın tələblərini maksimum
dəqiqliklə yerinə yetirəsiniz.
|
Təlim nəticələrinə nail olmaq
üçün tələb olunan praktiki
tapşırıqlar
|
- Təkərli traktorun dəyişən sürətlə sürülməsinə dair
qaydaları şifahi söyləyirsiniz.
- Traktorun mühərrikini işə salaraq normal temperatura
qədər qızdırırsınız.
- Ötücrməni qoşmazdan əvvəl mühərrikin dövrlər sayını
artırırsınız.
- Aşağı ötürməni qoşursunuz.
- Ayağınızı ilişmə muftasının pedalından ehtiyatla bir
az boşaldırsınız və yüngül qaz verirsiniz.
- Traktor yerindən hərəkətə gəlir və bu ötürmə ilə onu
bir qədər irəli sürüsünüz.
- Yenidən qazı artıraraq ikinci ötürməni qoşursunuz.
- İkinci ötürmə ilə bir az sürdükdən sonra yenidən qazı
artırırsınız və növbəti yuxarı ötürməni işə
qoşursunuz.
- Hər dəfə ötürməni aşağı ötürmədən yuxarı ötürməyə
keçirmək istədikdə hərəkətdə olduğunuz ötürmədə
keçmək istədiyiniz ötürmənin sürətini yığdıqdan sonra
növbəti yuxarı ötürməni işə qoşursunuz.
- Yuxarı ötürmələrdən aşağı ötürmələrə keçmək isə, o birinin əksinə
aparılır.
|