Təkərin çəpəki dayanması əlavə müqavimətə səbəb olacaq və bu halı siz traktoru yerindən tərpətdikdə aydın hiss edəcəksiniz.
Beləliklə, ilkin olaraq təlim meydançasında (poliqonda) traktoru yerindən tərpətməyi və aşağı sürətlə irəli-geri hərəkətləri yerinə yetirirsiniz. Ötürmələri azdan çoxa dəyişməklə sürəti tədricən artırın və eyni zamanda yuxarı ötürmələrdən aşağı ötürmələrə düşməyin yollarını əsaslı olaraq öyrənin. Geriyə hərəkətləri yerinə yetirərkən traktorun yan güzgülərindən istifadə etməyi öyrənin və heç bir kömək olmadan geriyə hərəkəti sərbəst yerinə yetirməyə çalışın. Bu bacarıqlara sahib olduqdan sonra tədricən sürətləri dəyişməklə traktorun sürülməsini həyata keçirirsiniz və özünüzdə bu bacarığın vərdiş halına çatdırılmasına nail olursunuz. Traktorla sağa və sola manevrlər edin və idarə orqanlarından düzgün istifadə qaydalarını mükəmməl öyrənin.
Növbəti əməliyyatda digər mexaniki NV-nin sürülməsini həyata keçirirsiniz. Məsələn, tırtıllı traktorlar üzərində yuxarıda sadalanan addımları yerinə yetirərək bu NV-nin də sürülməsi bacarıqlarını özünüzdə formalaşdırırsınız. Yadda saxlayın: tırtıllı hərəkət hissəli NV ilə asfalt-beton örtüklü yollarda hərəkət etmək qadağandır.
NV-nin mühərrikinin gücündən maksimum istifadə etmək sürücüdən maksimum bilik və bacarıqlar tələb edir. Məsələn, ötürmələrin düzgün və vaxtında qoşulması, yol şəraitinin, hava şəraitinin düzgün qiymətləndirilməsi sürücüdən səriştə tələb edən amillərdir.Ötürmələri qoşarkən ötürmələr qutusunun dəstəyini normalara uyğun tutmalısınız. Bir az qeyri-dəqiqlik hər hansı bir qəzanın baş verməsi üçün kifayət edər.Dayanmaq istədikdə tormozlardan düzgün istifadə etməlisiniz. Tormozlama zamanı ötürmələr qutusunun dəstəyini son anda neytral vəziyyətə gətirin. Dayandıqdan sonra isə duracaq tormozunu işə salmağı unutmayın.
Təlim nəticələrinin qiymətləndirilməsi Nəzəri biliklərin qiymətləndirilməsiQiymətləndirmə üsulu | Suallar |
1. Test sualları | - |
2. Düzgün və ya səhv cavabları seçmək | Aşağıdakı cümlələrin əvvəlində boşluğa düzgün (+) və ya
səhv (-) olduğunu işarə edin:
1. ( ) Traktoru yerindən tərpətdikdə onun yerindən birdən atılmaması üçün yuxarı ötürməni qoşmaq lazımdır. 2. ( ) Traktoru yerindən tərpətməzdən əvvəl mühərrikin dövrlər sayını artırmaq lazımdır. |