Qiymətləndirmə ölçüsü | Bəli | Xeyr |
1. İş paltarını, iş ayaqqabısını və əlcəyi geyindinizmi? | ||
2. İşləri yerinə yetirərkən təhlükəsizlik qaydalarına əməl etdinizmi? | ||
3. İşləri yerinə yetirərkən icraya dair təlimatdan istifadə etdinizmi? | ||
4. Traktor mühərrikinin işə salınmasına dair tapşırıqların yerinə yetirilməsi qaydalarını şifahi söylədinizmi? | ||
5. Mühərrikin işə salınma qaydalarını istehsalçı müəssisənin traktora əlavə etdiyi təlimatdan öyrəndinizmi? | ||
6. Əvvəlcə soyuq mühərrikin işə salınmasını öyrəndinizmi? | ||
7. Qızdırılmış, lakin sonradan söndürülmüş mühərrikin işə salınmasını öyrənə bildinizmi? | ||
8. Nisbətən soyumuş mühərrikin işə salınmasını da öyrəndinizmi? | ||
9. Qızdırılmış mühərrikin işə salınmasını öyrəndinizmi? | ||
10. Mühərrik işə düşdükdən sonra onu normal temperatura qədər qızdırdınızmı? | ||
11. Mühərrikin işə salınması tapşırıqlarını bir neçə dəfə yerinə yetirərək təkmilləşdirmə apardınızmı? |
Traktorların sürülməsini yeni öyrənənlər traktorun mühərrikini işə salmağı öyrənəndən sonra kiçik ötürməni qoşaraq traktoru yerindən tərpətməlidirlər. Traktoru yerindən tərpətdikdə onun yerindən birdən atılmaması və ya mühərrikinin sönməməsi üçün ötürməni qoşmazdan qabaq qazı bir az artırmaq və mühərrikin dövrlər sayını dəqiqədə 1500-2000 dövrə çatdırmaq lazımdır. Yalnız bundan sonra dərhal aşağı ötürməni qoşmaq, yüngül qaz vermək və mufta pedalını ehmalca buraxmaq lazımdır. Avtomatik qoşulan ötürmələr qutusu ilə idarə olunan traktorlarda isə ötürmələr qutusunun dəstəyinin “D” bölümünə qoşub, yüngül qaz verməklə traktorun yerindən rəvan tərpənməsinə nail olursunuz.
Əgər siz yoxuşda yerindən tərpətmə tapşırığını icra edirsinizsə, onda bu əməliyyat hamar yerlərdə traktorun yerindən tərpədilməsinə nəzərən bir az fərqli olacaq. Belə ki, bu halda traktorun əvvəlcədən işə qoşulmuş duracaq tormozunun işdən ayrılması ilə traktorun yerindən tərpədilməsi eyni vaxtda baş verməlidir.
Qış vaxtı traktoru yerindən tərpədən zaman birinci növbədə qabaq təkərin traktorun mərkəzi oxuna paralel olaraq düz dayanmasına diqqət etməlisiniz.