A. Təlim nəticəsi. Yol hərəkəti qaydaları
A.1 Yol hərəkəti qaydalarına dair əsas anlayışlar, hərəkət
iştirakçılarının hüquq və vəzifələri
A.1.1 Əsas anlayışları və onların mahiyyəti
- Yol və onun elementləri - yol hərəkəti qaydalarına, dövlət standartlarına və digər
normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik mexaniki nəqliyyat
vasitələrinin müəyyənləşdirilmiş sürətlə təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün
nəzərdə tutulur. Yolun elementləri hərəkət hissəsi, səki (yol çiyini), ayırıcı zolaq və
tramvay yolları;
- Yolun hərəkət hissəsi - yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən
hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə
olan bir neçə hərəkət hissəsi ola bilər);
c) |
ç) |
Şək. 1(a,b,c,ç). Y-yolun ümumi eni; H-hərkət hissəsi; Z-hərəkət
zolağı; S-səki; A-ayırıcı zolaq; C-yol çiyini; T-tramvay
yolları
|
- Yol çiyini - digər yol istifadəçiləri üçün yolun qalan hissəsinin kənarıdır;
- Baş yol - kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq
yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol,
yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı
qarşısında örtüklü sahənin olması onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir);
Şəkil 2. Baş yol
- Piyada keçidi - yolun hərəkət hissəsində piyadaların yolu keçməsi üçün nəzərdə tutulan
sahə, yaxud mühəndis qurğusudur;
- Yolayrıcı - yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o
cümlədən bunların əmələ gətirdiyi ərazidir;
- Nizamlanan yolayrıcı - hərəkət növbəliliyi işıqforun və ya nizamlayıcının siqnalları ilə
müəyyənləşdirilən yolayrıcıdır;