Sual 2: Sürücünün oturacağı nizamlanandırmı?
a) Bəli. b) Xeyr. c) Traktorun növündən asılıdır. d) Bütün variantlar yanlışdır. Sual 3: Sükan çarxını saat siferblatı ilə müqayisə etsək, sürücü düzünə hərəkət zamanı əllərini necə tutmalıdır? a) Sol əl 9-10, sağ əl 2-3 arası b) Sol əl 8-10, sağ əl 1-30 arası c) Sol əl 10-11, sağ əl 3-4 arası d) Sürücü necə istəsə, elə də tuta bilər Sual 4: Mühərrikin vəziyyətinə görə işə salınma üsulları göstərilən variantlardan hansıdır? a) Soyuq mühərrikin işə salınması b) Qızdırıldıqdan sonra söndürülərək soyumuş mühərrikin işə salınması c) Qızdırılmış mühərrikin söndürüldükdən dərhal sonra işə salınması d) Sadalanan variantların hər biri |
|
2. Düzgün və ya səhv cavabları seçmək | Aşağıdakı cümlələrin əvvəlində boşluğa düzgün (+) və ya
səhv (-) olduğunu işarə edin:
1. ( ) Göstərici cihazlar sürücünün kabinəsində cihazlar blokunda yerləşdirilir. 2. ( ) Hərəkət vaxtı nəzarət cihazlarından istifadə etməyi bacarmağa ehtiyac yoxdur. 3. ( ) Sükan çarxının tutulması təhlükəsizliyin təmin edilməsində əsaslı rol oynayır. 4. ( ) Sürücü oturacaqda oturduqda onun ayaqlarının dizdən aşağı necə bükülməsinin əhəmiyyəti yoxdur. 5. ( ) Mühərrik işə düşdükdən sonra o, mütləq qaydada normal temperatura qədər qızdırılmalıdır. 6. ( ) Soyuq mühərrikin işə salınması soyuq havalarda nisbətən çətinləşir. |
3. Boşluqları doldurmaq | Aşağıdakı cümlələri oxuyun və boşluqlara uyğun gələn
sözləri daxil edin:
1. Mühərriki işə salarkən starteri 10-15 saniyədən çox işə ............. olmaz. 2. Soyuq havalarda ........batareyasını çıxarmaq və otaq temperaturu olan bir yerdə saxlamaq lazımdır. 3. Tam qızmayan ............. tam gücü də ola bilməz. |