- İş paltarı;
- İstifadə etmək üçün təlimat;
- Xüsusi təlim meydançası;
- Steril tənzif, bint, pinset, soyuq bir əşya.
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Burun qanaxmasının qarşısının
alınmasına dair tapşırıqların
yerinə yetirilməsi |
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına əməl edin.
- Burun qanaxmasının qarşısının alınmasına dair
tapşırıqların yerinə yetirilməsini təlimatın
tələblərinə uyğun yerinə yetirin.
- Çalışmalısınız ki, tapşırığın tələblərini maksimum
dəqiqliklə yerinə yetirəsiniz.
|
Təlim nəticələrinə nail olmaq
üçün tələb olunan praktiki
tapşırıqlar |
- Burun qanaxmasının qarşısının alınmasına dair
tapşırıqların yerinə yetirilməsini şifahi halda
söyləyirsiniz.
- Xəstəni sakitləşdirib əyləşdirirsiniz.
- Axan qanı mümkünsə ləyənə yığın, çünki bu, qan
itkisinin miqdarını müəyyən etməyə kömək
edəcək.
- Xəstənin başını arxaya əymirsiniz, əks təqdirdə
qan burundan axmayıb bütünlüklə udula bilər.
- Burun qanaxması sizin özünüzdə baş veribsə,
sakit oturun, selik və qanı xaric etmək üçün qanı
silin.
- On dəqiqə və ya qanaxma dayanana qədər
burnunuzu sıxın.
- Burunun üstünə və ya alın nahiyəsinə buz və ya
soyuq şey qoyun.
- Əgər bütün bunlardan sonra qanaxma
dayanmazsa, onda buruna tampon qoyursunuz.
- Tamponu burun dəliyinə salırsınız və qanaxma
dayandıqdan bir neçə saat sonra çıxarırsınız.
- Sonda əsaslı yardım üçün həkimə müraciət
edirsiniz.
|
Diqqət edilməli məqamlar!!!
|
- Xəstənin başının aşağı əyilməsinə diqqət
yetirməyi unutmayın.
|
Qiymətləndirmə çərçivəsi
Praktik tapşırıq A.7.1 – Bayılmalar zamanı ilkin tibbi yardımın göstərilməsinə dair
tapşırıqların yerinə yetirilməsi
Qiymətləndirmə ölçüsü |
Bəli |
Xeyr |
1. İş paltarını, iş ayaqqabısını və əlcəyi geyindinizmi? |
|
|