|
- Sarğı qoymaq üçün steril cunadan, dəsmaldan və
bintdən istifadə edin.
- Həmin tədbirləri gördükdən sonra yaralını
xəstəxanaya göndərirsiniz.
|
Diqqət edilməli məqamlar!!!
|
- Yardım zamanı yaralının halını pisləşdirəcək
addımlardan uzaq olun.
|
Praktik tapşırıq A.7.6 – Xarici qanaxmanın dayandırılmasına dair tapşırıqların
yerinə
yetirilməsi
İstifadə edilməli resurslar:
- İş paltarı;
- İstifadə etmək üçün təlimat;
- Xüsusi təlim meydançası;
- Jqut və ya: dəsmal, baş yaylığı, cib dəsmalı, qalstuk və s.
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Xarici qanaxmanın
dayandırılmasına dair
tapşırıqların yerinə yetirilməsi |
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına əməl edin.
- Xarici qanaxmanın dayandırılmasına dair
tapşırıqların yerinə yetirilməsini təlimatın
tələblərinə uyğun yerinə yetirin.
- Çalışmalısınız ki, tapşırığın tələblərini maksimum
dəqiqliklə yerinə yetirəsiniz.
|
Təlim nəticələrinə nail olmaq
üçün tələb olunan praktiki
tapşırıqlar
|
- Qanaxmanın dayandırılmasının təmin edilməsi
qaydalarını şifahi söyləyirsiniz.
- Jqutu və ya ilməni ətrafın qan axan yerinin yuxarı
hissəsində bağlayırsınız.
- Jqut və ya ilmə qoyulduqdan sonra zərərçəkmişi
öz NV-sində və digər NV-də xəstəxanaya
çatdırırsınız.
- Jqutun qoyulma vaxtını qeyd etməlisiniz və
məlumatı onun altına qoyursunuz.
- Qoyulan jqutu ilin isti vaxtıdırsa, 0,5 saatdan, ilin
soyuq vaxtıdırsa, 1 saatdan bir boşaltmalısınız.
- Boşaldırsınız ki, qanın toxumalara yayılmasına
şərait yaransın.
- Xəstəxanaya qədər yol çox uzaqdırsa, jqutun
boşaldılmasını qeyd edilən vaxtlarda boşaldırsınız.
|
Diqqət edilməli məqamlar!!!
|
- Jqutun boşaldılma vaxtını diqqətdə saxlayın.
|
Praktik tapşırıq A.7.7 – Burun qanaxmasının qarşısının alınmasına dair
tapşırıqların
yerinə yetirilməsi
İstifadə edilməli resurslar: