|
2.Huşsuz vəziyyətdə olan zərərçəkənin yerini ........... olmaz.
3.Kapillyar qanaxma zamanı .......... itkisi çox da böyük
olmur.
4. Arterial qanaxmada damarın yaralandığı yerdən yuxarıda
............. elə sıxmaq lazımdır ki, qanın axması kəsilsin.
5. Ürək tutması olan xəstəni uzatmaq və dilinin altına 1
ədəd ......................... həbi qoymaq lazımdır.
|
Praktik tapşırıqlar və fəaliyyətlər
Praktik tapşırıq A.7.1 – Bayılmalar zamanı ilkin tibbi yardımın göstərilməsinə
dair
tapşırıqların yerinə yetirilməsi
İstifadə edilməli resurslar:
- İş paltarı;
- İstifadə etmək üçün təlimat;
- Xüsusi təlim meydançası;
- Soyuq su, ammiak maddəsi.
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Bayılmalar zamanı ilkin tibbi
yardımın göstərilməsinə dair
tapşırıqların yerinə yetirilməsi
|
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına əməl edin.
- Bayılmalar zamanı ilkin tibbi yardımın
göstərilməsinə dair tapşırıqların yerinə
yetirilməsini təlimatın tələblərinə uyğun
yerinə yetirin.
- Çalışmalısınız ki, tapşırığın tələblərini maksimum
dəqiqliklə yerinə yetirəsiniz.
|
Təlim nəticələrinə nail olmaq
üçün tələb olunan praktiki
tapşırıqlar
|
- Bayılmalar zamanı ilkin tibbi yardımın
göstərilməsi qaydalarını şifahi söyləyirsiniz.
- Xəstəni hamar yerdə uzadırsınız.
- Aşağı ətraflarının başından hündürdə olması
üçün ayaqlarının altına hər hansı bir əşya
qoyursunuz.
- Əynindəki dar paltarları boşaldırsınız.
- Yaxasını açırsınız.
- Təmiz hava verirsiniz.
- Üzünə soyuq su çiləyirsiniz.
- Ammiakda isladılmış pambığı ona iylədirsiniz.
- Ammiakla isladılmış pambıqla onun gicgah
nahiyələrini sürtürsünüz.
|
Diqqət edilməli məqamlar!!!
|
- Onun bayıldığını bildirən əlamətlərə (ətraflarının
soyuması, başgicəllənməsi, ürək bulanması,
nəbzin zəifləməsi və s.) diqqət edin.
|